TƏHSİL NAZİRİ İCTİMAİYYƏTƏ MÜRACİƏT ETDİ

COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Respublikasının Təhsil İnstitutuna təşəkkürümü bildirirəm.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, qərarların verilməsində elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır.

Nazir ictimaiyyətə müraciət edərək bildirib ki, mövzu ilə bağlı rəy və təklifləri eşitmək maraqlı olardı:"Azərbaycan Respublikasının Təhsil Nazirliyi ictimai rəyin öyrənilməsinə və vətəndaşların qərarların qəbul edilməsində iştirakına böyük önəm verir. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu mövzu ilə bağlı "səhv" və ya "düz" fikir yoxdur, bütün rəylər və tövsiyələr faydalıdır. Rəy və təkliflərinizə görə hər birinizə əvvəlcədən dərin minnətdarlığımı bildirirəm".

635x100

Şərhlər

TARIX 2020-08-14 16:50:48

ŞƏRH YAZILIB ANCAQ VERMİRSİNİZ.

TARIX 2020-08-14 15:57:04

YANDEX PORTALINDA:RÜSTƏM ARİFCANOV(ŞAİR,YAZICI,JURNALİST)-MƏN RUSCA TƏHSİL ALMIŞAM RUCA DANIŞIRAM,RUSCA DÜŞÜNÜRƏM VƏ MƏN RUSAM.AZƏRBAYCANDA DOĞULUB TƏHSİL ALMIŞ VƏTƏNDAŞIMIZIN MANQURTLAŞMA TARİXİ.RUS MƏKTƏBLƏRİ BARƏDƏ TƏCİLİ TƏDBİRLƏR GÖRÜLMƏLİDİR CƏNAB NAZİR.SONRA CEC OLACAQ.

müəllim 2020-08-14 10:26:32

Allah kömək olsun Gənc nazirimiz cətin problemlərin öhdəsindən uğurla gəlsin İnşAllah

Son yazılar