Ramiz Mehdiyev sabiq naziri özünə müşavir təyin etdi

“Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin müşaviri vəzifəsinə təyin edib”.

Bunu “Report”a açıqlamasında AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov deyib.

Onun sözlərinə görə, bununla bağlı AMEA prezidenti müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Ə.Abbasov “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsindən azad edilib. Onun yerinə isə əməkdar mühəndis Vasif Abbasov təyin olunub.

635x100

Şərhlər

İ.İmamov 2020-08-14 14:08:39

Cənab Əli Abbasov dövlətimizi, xalqımızı qəlbən sevən dəyərli bir Alimdir, o işlədiyi bütün sahələrdə öz dəyərli xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmaq uğrunda işini günün tələbləri səviyyəsində yerinə yetirmişdir. Əli müəllimi yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edir və iş fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

t.ədalət 2020-08-14 12:27:08

Gərəksiz akademiyanı (bəli,indi elmi araşdırma və təhlillər yoxdur!) özünün vəzifə ehtirasları mərkəzinə çevirib büdcəni talamaq nə vaxta kimi davam edəcək?Ölkənin pulları nə vaxta kimi belə boş-boş qocaların oyununa xərclənəcək?

Son yazılar