Rusiyanın Ermənistana silah daşıması – Moskva bundan sonra vasitəçilik edə bilərmi?

İyul ayında Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat, Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutduğu bir vaxtda şimal qonşumuz Rusiya bu ölkəyə müasir silahlarla dolu 9 hərbi təyyarə göndərib. Xüsusən, döyüşlərin qızğın gedən vaxtı – iyulun 17-də Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanlarından keçməklə İrəvana 2 aviareys həyata keçirilib.

Yayılan fotolardan aydın görünür ki, Rusiyaya məxsus İL-76TD hərbi-nəqliyyat təyyarələri 210 dəqiqə ərzində 2 mindən çox kilometr məsafə qət edərək Rostov-Mineralnıye Vodı-Aqtau-Türkmənbaşı-Novşəhr-Rəşt-Meğri-İrəvan marşrutu ilə, həmçinin 18, 20, 27, 29 iyul və 4 avqust tarixlərində 1 reys və 6 avqustda 2 reys yerinə yetirib. Cəmi 20 gün ərzində Rusiyadan Ermənistana 400 tondan çox hərbi təyinatlı yük daşınıb. Yüklərin cəmi 500 kilometr keçməklə Gürcüstan üzərindən daşınması daha asan görünsə də, şimal-qərb sərhədimizdəki qonşumuz prinsipiallıq göstərərək buna imkan verməyib.

Bu barədə məlumatlar Azərbaycanda geniş rezonans doğursa da hökumət rəsmilərindən, parlament üzvlərindən və siyasi partiyalardan bu fakta reaksiyalar ləngiyib.

Avqustun 12-də Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edərək Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar, habelə Ermənistana silah ötürməsi barədə danışıb. Dövlət başçısı bildirib ki, təxribatlar nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları və bir nəfər mülki şəxsi həlak olub. Sərhəd boyunca kəndləri və yaşayış məntəqələrinin artilleriya atəşinə tutulması nəticəsində bir çox evlər dağılaraq yararsız hala düşüb. Toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter aldığını vurğulayan İlham Əliyev, bu faktların Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Putinin diqqətinə çatdırıb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva "AzPolitika.info"-ya bildirib ki, Ermənistan Azərbaycan ərazilərini öz havadarlarının hərbi-siyasi dəstəyi ilə uzun illərdir işğal altında saxlayır. "Beynəlxalq səviyyədə qəbul görmüş rəsmi istilahla desək, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə - danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumun üç həmsədrindən biri Rusiyadır. Amam Rusiya Ermənistana silah göndərir. Özü də, Rusiya Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır. Dünən belə olub, bu gün də belədir. Buna baxmayaraq, tərəflər arasında vasitəçilik institutunun həmsədri olmaqda davam edir. Bu, əlbəttə, təzaddır", - millət vəkili vurğulayıb.

Komitə sədri daha sonra bildirib: "Heç kəs unutmamalıdır ki, Azərbaycanın dostluğu, müttəfiqliyi, Azərbaycan tərəfinin bu dostluq və müttəfiqlikdən məmnunluğu nə qədər vacibdirsə, Azərbaycanın narazı qalması, incidilməsi, daha artıq dərəcədə öz təsirlərini göstərəcəkdir. Azərbaycanla dostluq hər kəs üçün qiymətlidir. Azərbaycanla dostluğa xələl gətirməyin də bədəli olduğunu hər kəs bilməlidir".

Siyasi ekspert Elçin Mirzəbəyli isə bildirib ki, Rusiyanın Ermənistana, xüsusilə də işğalçı ölkənin Azərbaycanın Tovuz rayonu istiqamətindəki təxribatından dərhal sonra silah göndərməsi rəsmi Moskvanın beynəlxalq öhdəliklərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyasına ziddir. "BMT Nizamnaməsinin tələblərinə əsasən, Rusiya bu təşkilatın Təhlükəsizlik Şurasının daimi üzvü kimi sülhü və təhlükəsizliyi qorumağa, təcavüzə qarşı çıxış etməyə, təcavüzkarla bağlı BMT-nin hədəf və prinsiplərindən irəli gələn addımları atmağa borcludur. Amma reallıqda isə, Rusiya təcavüzkara hərbi yardım göstərir və bununla da həyata keçirilməsinə görə məsuliyyət daşıdığı hədəf və prinsiplərin əleyhinə çıxış edir, beynəlxalq sülhü, təhlükəsizliyi açıq şəkildə təhdid edir. Ermənistana silah göndərilməsi işğalçının dəstəklənməsi, münaqişənin həllinə imkan verilməməsi, mövcud status-kvonun möhkəmləndirilməsi, münaqişənin daha da genişlənməsinə imkan yaradılması deməkdir. Rusiya, o cümlədən ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri dəfələrlə mövcud status-kvonun qəbuledilməz olduğunu vurğulasalar da, öz davranışları ilə faktiki olaraq mövcud vəziyyətin qorunub saxlanılmasına, möhkəmləndirilməsinə xidmət edirlər", - ekspert əlavə edib.

"AzPolitika.info"

635x100

Şərhlər

FİRUDİN 2020-08-15 12:55:07

Bilirik bə görürük ki,Rusiya Ermənistanlın yanındadır.Bəs niyə Rusiyanın ətəyindən yapışırıq? H....

GM 2020-08-15 10:32:29

Bizə təşkilatlanmaq, SQ möhkəmləndirmək və Rusiyaya qarşı yürütdüyümüz xarici siyasətə düzəliş etmək lazımdır. Budur bizim problemimiz. Moskva bizə də silah satır.

Mahir Əliyev 2020-08-15 09:50:06

Əvvəllər Rusiya ermənistanı dolayı yolla müdafiə edirdi.İndi lap açıq-aydın ermənini tərəfini saxlayır.n

Sanan 2020-08-15 01:08:24

Rusun duwmanlari ila birlawib rusu vurmaq lazimdir birinci

Savalan 2020-08-14 23:55:10

Elə ilk gündən ATƏT-in Minsk qrupu tərkibində qarşıdurma zamanı 526-cı Rusiya polkunun Ermənilər tərəfdə iştirakı Rusiyanın bu tərkibdə olmasına imkan vermədiyi halda niyə indiyə kimi Azərbaycan bu barədə məsələ qaldırmayıb?

Azər 2020-08-14 23:49:52

Minsk qrupundan çixmalıyiq.ermənılər hər gün Qarabaqda oyun.çixatirlar.Təcili olaraq minsk qrupundan ya çixmalıyiq ya da başqa heyətə dəyişilməlıdir.Volskinin komitəsi bizə dərs olmadimi?.

Xanim 2020-08-14 22:08:28

Rusiya ve ruslar yer uzunden silinsinler

Özgür 2020-08-14 21:14:31

məqalə başlığına cavab verirəm: XEYR.

Xalq 2020-08-14 20:54:03

Qənirə xanıma halal olsun!

t.ədalət 2020-08-14 20:52:26

....ermənistan Rusiya tərəfindən yaradılmış bir ölkədir və ,əslində elə Rusiyanın özü deməkdir.Rusiya ilə ermənistan barədə danışmaq mənasızdıır ...Biz,əsil işğalçı ilə,Rusiya ilə söhbəti konkretləşdirməliyik.

Son yazılar