ELDAR HƏSƏNOV HƏBSİNDƏN 2 GÜN ƏVVƏL - Usubov danışır, o yazır... +VİDEO

Avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən səfir Eldar Həsənov Azərbaycana Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviçi müşayiət edən nümayəndə heyəti ilə birgə gəlib.

Nazirin Bakıda keçirdiyi rəsmi görüşlərdə səfir kimi o da iştirak edib.

"AzPolitika" xəbər verir ki, E.Həsənov avqustun 11-də Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Prezidentin köməkçisi Hikmət Hacıyevlə Neboyşa Stefanoviçin görüşünə qatılıb. Həmin görüşdən "Azərtac" Dövlət Agentliyi videoreportaj hazırlayıb. Görüşdə, deyilənə görə münasibətlərinin illərdir gərgin olduğu R.Usubovun solunda əyləşən səfirin başını qaldırmadan nəsə yazdığı görünür.

Hazırda da agentliyin manşetində olan videoreportajı təqdim edirik:


635x100

Şərhlər

Vətəndaş 2020-08-16 16:45:23

Harınlamış məmurlar millətə o qədər atıb pullanıblar ki indi bir-birini qırırlar. Böyük razborka gedir aralarında. Kim kimə haq-hesabda nə qədər atıb. Bunların komuna bir atom bombası atan olsa canımız qurtarardı bu məmur moşeynuklərdən

Mail 2020-08-16 16:40:58

Eldar söyüş müxalifətə pul verib ya şəhidlərimizin kordinatını verib vətənə xəyanət edib?

Həbib 2020-08-16 16:36:28

Prokuratura sistemində çox haqsızlıqlar edib indi çıxır qabağına.

Fərq 2020-08-16 06:54:37

çox maraqlı görüntü var: yə süjeti hazırlayanların qeyri-peşəkarlığından (bu həqiqətə daha yaxındır), yə da ki, hər hansı bir başqa səbəbdən Azərbaycan tərəfini təmsil edən 4-cü şəxs (deyəsən, Araz Əzimovdur - XİN nazir müavini) aparılan danışıqlara tam etinasız olmağı gözə çarpır.

siyase ci 2020-08-15 20:14:18

kosovo

Son yazılar