Lerikdə 15 yaşlı qızla əlaqəyə görə daha bir şəxs həbs edildi

Lerik rayonunda 15 yaşlı qızla cinsi əlaqədə olmaqda təqsirləndirilən daha bir şəxs həbs edilib.

Bu barədə “Report”a vəkil Tükəzban Aşurova məlumat verib.

Onun sözlərinə görə, Lerik rayonu Kirəvud kənd sakini, 1999-cu il təvəllüdlü Ə.S. barəsində həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə ittiham verilib.

Vəkil bildirib ki, ittihamı əsassız hesab edir və müdafiə etdiyi şəxs barəsində həbs qərarından apelyasiya şikayəti verib.

T.Aşurova deyib ki, Ə.S. bir müddət əvvəl Lerikdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirli bilinən Şəfahət Məmmədov adlı şəxsin işində zərərçəkmiş şəxs olan eyni qızla cinsi əlaqədə olmaqda təqsirləndirilir. Həmçinin cinayət işində başqa zərərçəkmişlər də var.

Qeyd edək ki, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsiri bilinən Şəfahət Məmmədov Lerik Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə ittiham edilib.

Hökmdən dövlət ittihamçısı tərəfindən Şəfahət Məmmədova təyin edilmiş cəzanın yüngül olması əsası ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya protesti verilib.

635x100

Şərhlər

t.ədalət 2020-08-16 01:17:13

Binəsibi,gücsüzü zorlamaq Allahın qəzəbini qazanmaqdır.Altımış yaşlı qocanın zinası isə daha dəhşətlidir.Belə çıxır ki,bu qocanın da psixoloji xəstəxanada müalicəyə ciddi ehtiyacı var..

Son yazılar