“İŞTİRAK ELƏMİŞƏM, DÜZ ELƏMİŞƏM!...” – Deputatdan Mehdiyevin nəvəsinin toyu ilə bağlı baş-ayaq açıqlamalar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyu gündəmin əsas müzakirə mövzularından biridir. Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib, kütləvi tədbirlər, o cümlədən toylar qadağan olunub. Buna cəhd edənlər isə cəzalandırılıb.

Bu baxımdan, Ramiz Mehdiyevin nəvəsinə toy etməsi ictimai müzakirələrə səbəb olub və akademik, eyni zamanda toya qatılanlar tənqid atəşinə tutulub.

Həmin toyda Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov və həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva da iştirak edib. Halbuki, Siyavuş Novruzov xüsusi karantin rejiminin qaydalarının pozulması ilə bağlı cəzaların sərtləşdirilməsinin tələb edirdi.

Yenisabah.az YAP-çı deputatla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməyə çalışıb.

- Siyavuş müəllim, Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinizə görə tənqid hədəfinə gəlmisiniz...

- O toy bütün qayda-qanunlara uyğun olaraq keçirilib. Yəni, Azərbaycan hökumətinin açıq havada oturmaqla bağlı qərarı var. O qərara əməl olunub.

- Amma sosial şəbəkələrdə yayılan videodan görünür ki, mərasim açıq havada keçirilməyib və sosial məsafə gözlənilməyib.

- Hamısı gözlənilib. Hər bir masanın arasında 3-4 metr məsafə var idi.

- Videoda belə görünmür axı...

- Ola bilər sizin videoda belə veriblər.

- Bizim video deyil, toydan çəkilmiş videodur...

- Bilirsiniz, iştirak eləmişəm, düz eləmişəm.

- Siz demişdiniz ki, karantin qaydalarını pozmaqla bağlı cəzalar sərtləşdirilsin.

- Bəli, bəli. Biz hamımız məsafəni gözləmişik. O videonu kim necə çəkib özü bilər. Mən boyda kişinin sözünü qoymusan, videoya inanırsan.

- Video başqa yerdən çəkilməyib. İndi gözümüzlə gördüyümüzə inanmayaq?

- Yox, yox. Mən çəkən kimdi onu da bilirəm. Əfqanıstanda “naçalnik razvetka”nın sədri (!) işləmişəm. Onu da bilirəm, bunu da bilirəm. Hər şey orada gözlənilib, qayda-qanuna da əməl olunub.

- Toy neçə saat çəkib?

- Mən onu deyə bilmərəm.

- Yaxşı, siz neçə saat iştirak eləmisiniz?

- Mən onu necə deyim?! Qəzetlikdir bəyəm?! Neçə saat iştirak etməyim mənim işimdir.

635x100

Şərhlər

Rəhman 2020-08-23 15:17:56

Siavuşun əməlli başlı hörməti varmış,nə qədər şərh yazıblar,tərifləyiblər. Yutub olsa 10 mini keçərdi şərhlərin sayı. Halaldır.

OQTAY 2020-08-22 18:30:25

Товарищ начальник по разведку МОЛОДЕЦ тебе выполнили разведку

Emin 2020-08-22 15:41:16

Cavablar ləzzət elədi. Çox səmimi və açıq. Heç bir yalana oyuna ehtiyac olmadan. Allah mübarək etsin. Hər kəsin qapısında toy qismət etsin

oxucu 2020-08-22 15:29:00

Allahdan istəyirəm sənin axırıncı toya getməyin olsun.

.EJDER 2020-08-22 14:49:49

SIYAVUW RAMIZIN KRUQUNDANDIR,BUNLARADA OLAR

Vətəndaş 2020-08-22 12:56:30

Qnunlarimizin aliliyini göz bəbəyi kimi qoruyan Möhtərəm Prezidentimizin daima dəstəklədiyi karantin rejimini saymayan və ibarəli sözlər danişan millət vəkilinin də tezliklə qanun ona da aiddir başa salinacağina tam əminik.

omar 2020-08-22 02:31:00

Camaat az özünüzə əl qatın,bunun belə rahat danışmasına səbəb,eləcə də toyun rahat keçirilməsinə səbəb limanımıza təşrif buyuran Rusiya gəmisidir.İndi başa düşdünüz niyə belə rahat və qorxmadan danışır.Kimin hünəri var bunlara söz desin,o boyda Putka şəxsən bunlara qoruyucu eskadrilya göndərib.Di kiriyin.

nihad 2020-08-22 00:40:16

onların prezidenti Putindir

.EJDER 2020-08-22 00:34:31

YEQIN BU RAZ,SEDRI ,,MOLOTAV KATLETI,,LE GEDIF

Namiq 2020-08-22 00:21:09

Qanunların qəbul olunmasında səs sahiblərinin iç üzləri görünür. Heyif bunu görməli olanlar görmür.

Mehdi 2020-08-21 23:06:12

Gulməkdən az qala ureyim dayanmisdi.Nacalnik razvedkanin sədri.Amma elə belə danismaqi yaxsidi.Bir az camaatin kefini acirdəə.Ay can nacalnik razvedkanin sədri.ANORMAL.

esger 2020-08-21 22:53:34

azpolitika ya esq olsun

Cavid 2020-08-21 22:05:51

Nəzərinizə çatdirim ki,Sovet Ordusunda vahid ştata görə hərbi hissənin "Kəşfiyyat rəisi" vəzifəsi olurdu,"Kəşfiyyat rəisinin sədri" adlı vəzifə heç vaxt olmayıb.Xidmət edənlər bilir.

Hūquqşūnas 2020-08-21 21:36:11

Axı, Siyavuşun xanımı Ramiz Mehdiyev PA rəhbəri olan zaman ombudsman təyin olunub. Toya gedməyə bilməzdilər.

Firuz 2020-08-21 21:29:56

Göründüyü kimi bu toy mərasimi elə də böyük məkanda təşkil edilməyib.Deməli,oraya ailənin ən yaxınları yığışıb və Səyavuş Novruzov da belələrindəndir.Ramiz Mehdiyevin sevimli kadrları necə danışmalıdırlar? Əlbəttə,Səyavuş Növruzov və Abel Məhərrəmov kimi! İndi elə dövrdür ki,nəyisə gizlətmək çətin olur.Oradakıların hamısı konkret şəkildə ictimaiyyətə mesaj verirlər ki,qadağalar bizə aid deyil.

Oğuz 2020-08-21 21:23:46

Siyaquşun başı elə bu qədər düçünə bilir.r

Qulam 2020-08-21 21:15:32

Allah Mirzə Cəlilə rəhmət eləsin

Azpolitika 2020-08-21 21:08:51

O toyda iştirak etməməyə hünərin çatmazdı.

Toğrul 2020-08-21 21:01:22

Maşaallah.mədəniyyətinə!Belə yarımçıq adamlar necə deputat yazılıb.kim yazıb? Ramiz Mehdiyev?

Bashirov Qarib 2020-08-21 20:59:10

Görəsən Səyufuş əvvəldən belə idi, yoxsa, sonralar caymaga başladı?

Razvedçik 2020-08-21 20:58:29

Sən əlbəttə düz eləyirsən. Səhv eləyənlər allahın köməkliyi ilə səhvlərinin düzəldərlər və sən bir daha səhv etməzsən!

Maqsud Vəliyev 2020-08-21 20:52:14

Möhtərəm prezident bu məsələni belə qoymamalıdır.Çünki o bütün Azərbaycanın prezidentidir.Ayrıseçkilik edənlər özlərini vətəndaşlardan artıq səlahiyyətlərə yol verməmHəm toy sahibi.həm toyda iştirak edənlər və şadlıq saray sahibi barədə heç olmasa adi vətəndaşlara tətbiq olunan tədbirlər tətbiq olunmalıdır.Çox maraqlıdır,əkilməyən yerdə bitən polis əməkdaşları harada olublar.Bütün bunlar diqqətdən kənarda qalmamalıdır.mlazımi əlidir..

S.Novruzova. 2020-08-21 20:43:02

Ay Siyavuş sən boyda kişi (özünü çox yekə görür) ömrü boyu yalan dançışmısan və bu nüsahibədə də yalanın quyruğundan tutmusan.Ayıb deyil?Hələ bir danışırsan.Adam etdiyi qələtinə sahib çıxıb səsini çıxarmamalıdır.Sən isə gör nə danışırsan?Normal inan danışığına diqqət etməli və ayıbını qəbul etməyi bacarmalıdır..kimin kim olduğu aydındır..Gör Azərbaycanı nə günə salmısınız!

Dadaş 2020-08-21 20:33:07

Bu həmin Siyavuş deyil ki MM-də qəzəblə ćıxış edirdi ki karantin qaydalarını sərtləşdirmək lazımdır, cərimələrin məbləģi artırılmalıdır. Indi ombudsman xanımı ile Siyavuşu kim və hansı məbləģdə cərimələməlidir?

Adil 2020-08-21 19:44:05

Deputat və Ombudsman QANUNLARI iqnor edir, tanımır, əməl etmirsə vay belə DÖVLƏTİN halına.Normal ölkələrdə bunlar özləri İSTEFAYA gedərdi.Bu isə "DÜZ ELƏMİŞƏM" deyir....

Ağa 2020-08-21 19:41:46

Siyavuş sən Prezidentimizin verdiyi qərara qarşı çıxırsan? Deməli sənin heç nə heç kim vecinə deyil? Bərəkallah siyavuş

İrsad 2020-08-21 19:40:13

Möhtərəm prezidentimizin qoyduğu qayda qanunlara əməl etmiyənlərin aramızda yeri yoxdu..iştirak etmişəm əcəb eləmişəm deməkdə görəsən kimin quyusuna daş atır bu insan

BAKILI 2020-08-21 18:42:42

Bu ... deputatdiqdan geri cagirmaq lazimdir

Cəmşid Dərələyəzli 2020-08-21 18:27:39

Bu bir Başa Prezidentin və Operativ qərargahın qərarlarına qarşı bəzi görəv sahiblərinin etirazl və sayqısızlığıdır. Qanun hər kəs üçün eynidir. Görünən odur ki, Cənab Prezident yaxın zamanlarda YAP icra aparatında da kadr islahatlarına getməlidir.

Azərbaycanlı 2020-08-21 18:24:40

Deməli karantin qara camaat ūçūnmūş. Kasıb-kusuba aidmiş. Siyavuş Milli Məclisdə karantini pozanlara ən aģır cəza istəyirdi. Görəsən bunun və ombudsman xanımının cəzasını kim kəsəçək?

millət 2020-08-21 18:19:58

Bir ölkədə ki ombudsman qanunları pozursa vay o dövlətin və millətin halına!

Müəllifə 2020-08-21 18:00:31

Bunlar cənab Prezidentə imkan vermək istəmirlər ki, bu dövləti ayaq üstə saxlasın. Ancaq bunu edə bilməyəcəklər!!! Çünki cənab Prezitentin arxasında Xalq durub! 1995-ci ildəki Xalq! Heydər Əlirza oğlu Əliyevin xalqı!!! Bu Xalqın içərisində çoxlarına yer yoxdur!!!Əliyev,

Moranli 2020-08-21 17:48:01

Budurmu sizin kimilerin qanuna,hakimiyyete ve en nehayet dovlet bashchisina ehtibar ve ehtiqadiniz!Axi sene ve heyat yolashina ovezifeleri veren hazirki dovlet bashchisidir....Heyf ve yene de heyf.....

Nacalnik razvedka. 2020-08-21 17:42:22

Nacalnik razvedka.

Xalq 2020-08-21 17:40:12

malades

Səid 2020-08-21 17:39:52

Məlum hadisədən və bu açıqlamadan sonra Novruzovla ailəsinin vəzifə və statusu əlindən alınmasa bu ölkədə heç kimin haqq, ədalət, hüquqdan danışmağa haqqı olmayacaq! Bu qanun tanımaz, qanun saymaz insanlar nə Ombudsman nə də Deputat olaraq qala bilməz. Bu adamlara ölkənin qanunlarına riayət etməməyin nəticəsini göstərən 1 adamın olacağına hamılıqla ümid edirik.

Mehdi 2020-08-21 17:37:41

Bu adam yarir,geçə yuxular görur.Görurki herbi paltarda xarici ölkelerde kesfiyyat isleri,tam bir ölkeni tehlukelerden xilas edir ne bilim taa neler edir.Tocnu Amerkan filmlerindeki kimi.Birde ayilirki yuxudu.Bu adam yuxuynanda razilasmir ve deyirki yuxu zad deyil ele men orda olmusam ve kinodaki kimi doyusmusem.Ne deyek allah aqil versin.

vidadi goyce 2020-08-21 17:33:54

nacalnik razvedkanin sedri yeni shtat

Mehdi 2020-08-21 17:26:42

Sizlər özunuzu ne hesab eliyirsiniz.Vallah vaxt gelecek sen ve senin kimiler deyecekki qelet elemisem ...... ...... bir az asaqi dusun.Çerime etdikleriniz nisan toy sahibleri sizlerden cox cox leyaqetli serefli adamlardi.Utanmirsiniz qizarmirsiniz.z

Hozu 2020-08-21 17:18:16

Lotudur də,deyir əcəb etmişəm.

TARIX 2020-08-21 17:16:56

SIYAVUŞ MÜƏLLIM QANUN HAMI ÜCÜN QANUNDUR.ONU POZMAĞA KİMİNSƏ HÜQUQU YOXDUR.QANUN VERİCİ ORQANIN ÜZVÜ OLAN SİZ,OMBUDSMAN OLAN HƏYAT YOLDAŞINZ DÖVLƏTİN QAYDDA QNUNLARINA BARMAQ ARASI MÜNASİBƏT GÖSTƏRİRSƏ ADİ VƏTƏNDAŞLARDAN NƏ TƏLƏB ETMƏK OLAR.

Yunis 2020-08-21 17:16:41

naçalnik razvetka-nın sədri nə deməkdir,necə tərcümə olunur?

Yengibar 2020-08-21 17:16:37

Belə yerdə deyirlər, bunu yıxasan yerə, isti qaloşla ağzına-ağzına vurasan......

PAPA RIMSKI 2020-08-21 17:05:40

HA HA HA NACALNIK,RAZVEDKA NE DEMIKDI ,HIYYY

Mm 2020-08-21 17:05:38

Abırsızlığa bax. Ayıb olsun. Şəhidlərimizin 40 ı çıxmayıb hələ.

Vəli 2020-08-21 17:02:37

Karantin qaydalarının sərtləşdirilməsinin ən qatı tərəfdarı Siyaquş idi.İndi cərmələyin də bunu."Gen qaz dərin qaz ki, özün (arvadınla) düşərsən"

Mehman 2020-08-21 16:53:43

Vəssalam. Hər şey gün kimi aydındır. Bu zat deyir ki, sizlər yəni biz vətəndaşlar rəiyyətisiniz. Qanun da,cəza da sizlərə aiddir.

Son yazılar