Ramiz Mehdiyev bəyanat yaydı - "Başqa məmurlar da toy edib..."

"Həmin vaxt başqa məmurlar da toy edib..."

“Məlum olduğu kimi, mənim qız nəvəm Fidan Əliyevanın 18 avqust 2020-ci il tarixində Novxanıda bağ evində, məhdud sayda qonağın iştirakı ilə keçirilmiş şadlıq məclisi avqustun 20-dən etibarən qonaqlardan birinin sosial şəbəkələrdə yerləşdirdiyi videodan sonra geniş müzakirə mövzusuna çevrilmişdir”.

"AzPolitika" xəbər verir ki, bu sözlər AMEA-nın prezidenti Ramiz Mehdiyevin qurumun saytına verdiyi açıqlamasında yer alıb.

Açıqlamada bildirilib:

“Qeyd edim ki, həmin günlərdə digər yüksək rütbəli Azərbaycan məmurları və cəmiyyətdə tanınan başqa şəxslər də öz qızlarına, bacılarına, digər yaxın qohumlarına toy və ad günü mərasimləri təşkil etmişlər. Ancaq çox qəribədir ki, KİV-lərin diqqəti məhz mənim ailəmin üzərinə yönəldilmişdir. Təbii ki, aidiyyəti orqanların baş verənlərə münasibətdə tutduqları mövqe haqlıdır. Çünki qanun qarşısında hamı bərabərdir. Məhkəmənin mənim kürəkənim haqqında verdiyi qərarı da ədalətli hesab edirəm. Məclisdə iştirak etmiş digər qonaqların barəsində görülmüş inzibati cəza tədbirləri də qanunlara müvafiqdir.

Ancaq bu da bir həqiqətdir ki, pandemiya dövründə toy və nişan məclisləri keçirən, həmçinin inzibati xəta törədən heç kəs qolları qandallı, nümayişkaranə şəkildə hakim qarşısına çıxarılmamışdır. Bu ikili standartın səbəbi həqiqətən də müəmmalıdır. İnanmaq istəyirəm ki, ölkəmizin hüquq-mühafizə orqanları, KİV-lər, millət vəkilləri və ictimai xadimlər bu günlərdə baş verən analoji hadisələrə də eyni həssaslıq və prinsipiallıqla yanaşacaq, müqəssirlərin hamısını qolları qandallı şəkildə məhkəmə önünə çıxarıb, onlara qanunun aliliyi haqqında dəyərli tövsiyələr verəcəklər. Belə olan təqdirdə sadə vətəndaşların ölkədə hüququn gücünə dair sual və şübhələri tamamilə aradan qalxmış olacaq.

Tarixi təcrübə sübut edib ki, hər bir dövlətin tərəqqisi, gücü və gələcəyi vətəndaşların qanun qarşısında bərabərliyindən keçir. Əgər hər hansı cəmiyyətdə bir qrup insanlar öz vəzifələri, maddi imkanları səbəbindən xüsusi imtiyaz sahiblərinə çevrilib, qanunları yan keçə bilirsə, orada heç bir ədalətdən, doğruluqdan, insanlıqdan danışmaq mümkün deyil. İslam peyğəmbəri Həzrəti Məhəmməd (s) öz hədislərinin birində belə buyurmuşdur: “Ey camaat! Sizdən əvvəlki qövmlər həlak oldular. Ona görə ki, həmin qövmlərdən olan mötəbər, zəngin şəxslər oğurluq etdikdə heç kəs onları cəzalandırmırdı. Ancaq kasıb birisi bu hərəkəti etdikdə, ona dərhal cəza tətbiq edilirdi. And olsun Allaha ki, hətta qızım Fatimə oğurluq etmiş olsaydı, onun da əlini kəsərdim”.

Özümə gəlincə, mən tənqidlərdə ifrata varan, xüsusi canfəşanlıq edən jurnalistlərdən və millət vəkillərdən qətiyyən incimirəm. Onlar həmişə olduğu kimi vəziyyətə görə davranır, şəraitə uyğun danışırlar. Dünən məni mədh edənlərin bu gün məni tənqid etməsinə eyni səbirlə qulaq asmağa hazıram. Ancaq həmin şəxslər unutmasınlar ki, cənab Prezidentin qanunun aliliyi uğrunda apardığı mübarizə onlar üçün də keçərlidir və hər kəs qanunun sərt üzü ilə mütləq üzləşəcək.

Həmçinin bu şəxslərə tövsiyə edərdim ki, başqasına daş atarkən ayna qarşısına keçib özlərinə yaxşı-yaxşı baxsınlar. Sual versinlər ki, onların özləri digərlərini tənqid edəcək qədər təmiz mənəviyyat sahibləridirmi? Onların ətrafdakılara əxlaq dərsi keçməyə mənəvi haqları çatırmı? Əgər biz doğrudan da şəffaflıq uğrunda mübarizəyə başlamışıqsa, o zaman natəmizləri məhz dürüst insanların tənqid etməsi daha ədalətli olardı. Nadürüstlərin xalqa mənəviyyat dərsi keçməsi insanlarda ancaq ikrah hissi doğura bilər. Bunu unutmasınlar!”

635x100

Şərhlər

Azər 2020-08-26 06:09:42

O dünyada bunun yeri isti , lap isti olacaq

Xalx 2020-08-25 23:23:00

Adam nə qədər həyasız olarmış?.. Etdiklərinə görə axirətə qədər hər gün azı bir .... layiqsən.

Edalet 2020-08-25 13:39:17

Kisi sozu chox agir bir sozdu onu her kisi uzerinde layiqince dasiya bilmir Cenab Akademik siz bu serefli sozu chox layiqince dasimaginiz sizin sexseiyetinizden bellidir bu kisiciklerin sizin haqqinizda danismagi ise gulunc dogurur sanki birsirkdeki ecaib heyvanlarin seslerini xatirladir Cenab prezidentimiz ve ulu onderimiz size chox boyuk etimad ve hormet besleyibler bu bele olub olacaqda bunu savadlu ve agilli insanlar bilir yeter gerisi bosdur

Xalqin ozu 2020-08-25 10:47:54

Akademikin beyanini chox dogru buldum bu bezi eqidesiz memurlar isdedikleri kimi kehf edirler onlar hele bilmirler ki Cenab Prezidentimiz chox yaxsi bilir kimin kim oldugunu ister eqide istersede savad ve sadiqlik barede ona gorede ozlerini yormasinlar onlarida chox boyuk imtahanlar gozleyir

oxucu 2020-08-25 06:35:34

Atası siqaret çəkən uşağın qulağını buranda uşaq deyirə ki qardaşım da çəkib dəə onu niyə döymürsən? Utanmır yekə kişidi bir ayaöı burda biri gorda deyir başqaları da toy edib onları da tutun

Omer 2020-08-25 05:46:10

Son cumlenizde tamamile haqlisiniz

.EJDER NAQILBAZ 2020-08-25 04:03:33

BAWQALARINA GUCLERI CATMIRMCUNKI QOXUMLARDI

.EJDER 2020-08-25 01:31:58

AYE ,OQRU NAZIR ,MEMURLAR NIYE CEZALANDIRILMIR,HIYY

Ahıl 2020-08-24 22:25:55

Ölkəmiz ağsaqqla ehtiramlı sayılır. Bəyanda haqqı-rica var ki, tənqidçi öncə öz saflığını təhlil etsin

Qalik 2020-08-24 22:24:52

Qoca Qurd səbrlidir, təmkinlidir,Haqqlı,ədalətli, bərabərliyə söykənən mühakimə tələb edir.Hərbə zorba da gəlir.Ay səni payıza qədər öləsən elə....Səni sındırdılar.Blef yapıyorsan.Heç kimə heç nə edə bilməyəcəksən.Çünki arxalandıqların da qorxaqdır.Pullarını itirməkdən qorxurlar.Putinsə öz hayındadır....

Oxucu. 2020-08-24 22:14:14

Hörmətli Akademik Bakını Nizami icrasının başçıs

nihad 2020-08-24 22:10:53

bu acı bir həqiqətdir,demək anlaşıldı ki, bulanlıq suda balıq tutmaq yox,qanunlarla yaşamaq lazımdır

miri 2020-08-24 22:02:53

"öz qılıncım özümü kəsməz" sloqaniniz nə qədər vaxt kecarli olacaq? 27 il az vaxt deyil. Bir gün bu "qılınc" bütün quldur dəstəsinincəzasını verəcək. İnşəallah.

Anar 2020-08-24 22:00:41

Ulu öndərin ən yaxın silahdaşı, əqidə yoldaşı, cənab prezidentin bir neçə ay əvvəl ən Ali dövlət ordeninə layiq gördüyü 84 yaşlı dövlət xadiminin ünvanına məlum insidentlə bağlı nalayiq ifadə və davranışlar nümayiş etdirənlərə ayıb olsun.

Sənan 2020-08-24 21:56:17

Çətinə düşən kimi peyğəmbər yadımız düşür

Namaz 2020-08-24 21:56:02

Oyun davam edir

Millət 2020-08-24 21:46:58

Bunların heç birinin mənəviyyatdan danışmağa haqları yoxdur. Bunlar işlədikləri 25 il ərzində ancaq xalqın dövlətin sərvətini oğurlamaq,atmaqla məşğul olublar. Hamısı hər səhər işə gedəndə fikirləşiblər ki millətimi necə aldadım atım milyonlar milyardlar sahibi olum. İndi hamısı Ramiz də onu tənqid,müdafiə edən quldurlar da mənə viyyatdan danışırlar

Kələntər 2020-08-24 21:36:50

Ramiz Mehdiyev, Siz müstəqillik dövründə hakimiyyətə qayıtdıqdan sonra ölkədəki dürüst insanları ya məhv etmisiz,ya tutdurmusuz,ya da xaricə qaçırtmısınız.Ona görə Sizi tənqid etməyə heç kim qlmayıb.

OQTAY 2020-08-24 20:56:49

Birinci her bir insan,yasadiqi,islediyi,mudetde Allahdan qorxmalidir ve haram cerek yememelidir.Eqer rusfetle omurunu,isini basa vurubsa,onu Allaha tapsirmaq lazimdir..,

Aborigen 2020-08-24 20:47:50

Əlbəttə, bu gün Ramiz Mehdiyevi tənqid edən məmurlar, millət vəkilləri, keçmiş məmurlar səmimi deyillər. Onlar ancaq özlərini qorumağa çalışırlar. Bunların hamısı eyni yuvanın quşudurlar. Təhlükə hiss edən kimi, hər şey eləməyə hazırdırlar.

oxucu 2020-08-24 20:45:41

bahar muradova cerimelenmedi, digerleri de onun kimi, ramiz mehdiyevin bu müracietin bəyəndim, adam hər nə olsa haqqı dedi.

Son yazılar