RUSİYA İLƏ AÇIQ DANIŞMAĞIN VAXTIDIR! - Ya dediyin kimi ol...

Rusiya Ermənistana Su-30M çoxməqsədli qırıcıların ədavə partiyasının tədarükünü müzakirə etməyə hazırdır. Bu barədə avqustun 24-də Federal hərbi-texniki əməkdaşlıq xidmətindən (FHTƏX) xəbər veriblər.

«Erməni həmkarlarımızla işlər davam edir. Təyyarə alışı mövzusu Ermənistanın maraqlı olduğu təsdiqini taparsa, müzakrə olunacaq» - deyə, FHTƏX-nin rəsmi nümayəndəsi Mariya Vorobyova bildirib. Nəzərdə tutulmuş 12 ədəd Su-30M döyüş maşınlarının dördü ötən ilin sonunda Ermənistana gəlib.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib ki, Rusiya Ermənistanın silahlanmasında olan Su-25 təyyarələrini modernləşdirir. Uyğun saziş bu ərəfədə, avqustun 23-də «Patriot» hərbi-vətənpərvərlik parkı çərçivəsində Ermənistan Müdafiə Nazirliyi ilə «Rostex» arasında imzalanıb.

Xəbər verildiyi kimi, ötən il Ermənistan görünməmiş miqdarda silah və sursat alıb: çoxfunksiyalı Su-30M qırıcıları, «TOP-M2KM», «OSA-AK» zenit-raket kompleksləri, digər silahlar və hərbi texnikalar. Rəqəmlər Ermənistan hökumətinin proqramının yerinə yetirilməsinin gedişi və nəticələr barədə hesabatdan götürülüb.

Rəsmi informasiyaya görə, Ermənistan silahlı qüvvələri artilleriya vasitələri, zenit qurğuları, atıcı silahlar, döyüş sursatları, yüzlərlə vahid avtomobil texnikası ilə yenilənib.

Son 5 ildə Ermənistanın silah idxalı demək olar, bütünlüklə Rusiyadan həyata keçirilib. Bu barədə Stokholm sülh problemlərinin tədqiqi beynəlxalq İnstitutunun hesabatında söhbət açılır. Sənəd 2020-ci ilin martında dərc olunub.

Digər tərəfdən, son illər ərzində Ermənistanın iqtisadi durumu barədə KİV-in yaydığı məlumatların analizi göstərir ki, bu qədər silah-sursatı almaq üçün Ermənistan hökumətinin sadəcə, pulu yoxdur. Buradan belə nəticə çıxır ki, Rusiya bu silahları Ermənistana bağışlayır! Məqsəd?

Məqsəd aydındır - Qarabağ probleminin həllini yubatmaq üçün hərbi nöteyi-nəzərdən Ermənistanı Azərbaycanın qarşısında ayaqda saxlamaq. Heç kimə sirr deyil ki, Rusiyanın Ermənistana bağışladığı silahlar döyüş meydanında Azərbaycana qarşı işlədilir və gələcəkdə də belə olacaq. Yoxsa ki, Rusiya özü sağa-sola pul səpələyəcək durumda deyil…

Amma Rusiya Ermənistana verdiyi hərbi dəstəyi ört-basdır etmək üçün ATƏT-in Minsk qrupunun həmsədri statusundan məharətlə istifadə edir və Azərbaycanın başının altına «biz strateji həmkarıq» yastığı qoyur - son zamanlar isə ümumiyyətlə, öz məkrli niyyətini heç gizlətmir də. Burada Azərbaycan tərəfin hərəkətsizliyi təəccüb doğrurur…

Azərbaycanın belə inert davranışından Rusiya tərəf məharətlə istifadə edir və müxtəlif səviyyələrdə riyakar bəyanatlar verməklə, gerçək niyyətini gizlədir. Məsələn, bu gün Azərbaycana səfərə gəlmiş Rusiya Müdafiə naziri Sergey Şoyqu növbəti xilafi-bəyanatla çıxış edib: «Rusiya Cənubi Qafqazda gərginliyin artmasında maraqlı deyil». Belədə, məntiqi sual yaranır: Məgər Ermənistana bağışlanan Rusiya silahları bölgədə gərginliyi azaldır?!

Beləliklə, aydın görünür ki, artıq Rusiya ilə açıq danışmağın vaxtı yetişib - ya dediyin kimi ol, ya da kim olduğunu gizlətmə!

Bir çox siyasi analitiklər hesab edirlər ki, Azərbaycanın Türkiyə ilə sürətlə yaxınlaşması Rusiyanı narahat edir. Buna şübhə yoxdur, amma bu narahatlığı məhz Rusiya özü yaradır - Azərbaycanı uşaq kimi aldatmaqla, Bakı ilə Ankaranı daha da yaxınlaşdırır. 

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Sərt yalvarış olmur? 2020-08-28 12:08:02

Sumqayıt, 20 noy və 20 yanvarla KREML Azərbaycanı Böyük Rus qardaşından ayırıb. Bu Kremlin anti-rus siyasəti, hərbi bazarlığıdır!

OQTAY 2020-08-26 21:59:37

Rus kimdir,ki siz Turkiye ile eyni tereziyevqoyursunuz.Bele dusunduyunuz ucun bu gundeyik!!!Menim Size sozum yoxdur...,

Vətəndaş 2020-08-26 21:11:37

Bunlar hər ikisi bizim düşmənimizdir. Rusiya ermənini qoyub bizə tərəf olası deyil.

oleq 2020-08-26 16:38:01

hamı başa düşməlidir ki,sülh heç cür Rusiyaya sərf etmir,ermənilərə də o mənada sərf edir ki,onlar faktiki orada möhkəmlənir və rahat de fakto yaşayırlar.Azərbaycan isə hər baxımdan itirən tərəfdir,biz tələsməliyik gecikdikcə Qarabagın azad edilməsi bir qədər də çətinləşir.Ermənin pulsuz aldıgı silahlara ölkəmiz hər dəfə külli miqdarda pul ayırmalı olur ki,bu da iqtisadiyyatımıza ciddi zərbə vurur.Biz Rusiyanın yalan vədləri ilə prosesdə gözləmə mövqeyi tutmaqdan əl çəkməliyik.

oleq 2020-08-26 16:30:45

hamı başa düşməlidir ki,sülh heç cür Rusiyaya sərf etmir,ermənilərə də o mənada sərf edir ki,onlar faktiki orada möhkəmlənir və rahat de fakto yaşayırlar.Azərbaycan isə hər baxımdan itirən tərəfdir,biz tələsməliyik gecikdikcə Qarabagın azad edilməsi bir qədər də çətinləşir.Ermənin pulsuz aldıgı silahlara ölkəmiz hər dəfə külli miqdarda pul ayırmalı olur ki,bu da iqtisadiyyatımıza ciddi zərbə vurur.Biz Rusiyanın yalan vədləri ilə prosesdə gözləmə mövqeyi tutmaqdan əl çəkməliyik.

Roma 2020-08-26 14:33:37

Rusiya ilə sərt danışıqların vaxtıdır...Cənab Şoyqu, Sənin hərbi hissənə sursat göndərməyivin vaxtıdır...Bəsdirin nağıl danışmayın, Azərbaycanda artıq Rusiyaya inam qalmayıb və birdə kimdən qorxub tələsik silah-sursat göndərirsən, məgər sənə təcavüz hazırlanır, yoxsa biz müdafiə olunmamalıyıq...sənin cənab Şoyqu 20%-in getsə nə edərsən? Çəkil kənara biz məsələni 1-cə həftəyə həll edək, mənim əl-qolumu bağlayıb, erməniyə deyirsən vur...

Mehdi 2020-08-26 07:00:26

Hələ indiyə kimi aciq hec nə danisilmayib.Bəs bu 30 ildə nə is görulurdu.Vay vay vay. Nə deyim sizlere,adam soz tapmir demeye.30 ilden sonra rusiya ile aciq danismaqin vaxtidir,bari belə cumlələr yazmayin hec olmasa.

Xalq 2020-08-26 01:42:09

Azərbaycanda rus-erməni soyqırımı istəmirsinizsə mütləq Türk bazaları yaradılmalıdır!

Son yazılar