Bəzi KİV-lərdə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən xaricdə yaşayan və Azərbaycan hakimiyyəti əleyhinə çıxışlar edən Qurban Məmmədova rayon ərazisində çoxlu sayda mənzil verilməsinə dair iddialar irəli sürülüb. Bu iddialarla bağlı Nərimanov Rayon İcra Hakimiyyəti açıqlama yayıb. Açıqlamada bildirilir:
"Bəzi KİV-də bir müddətdir gedən məlumatlarda xaricdə yaşayan və Azərbaycan Respublikasının əleyhinə cılız fəaliyyət göstərən Qurban Məmmədova guya Nərimanov rayonu ərazisində çoxlu sayda ev verilməsində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin də rolunun olması iddiası ilə bağlı bildiririk ki, bu xəbər yalan, qərəzli və hansısa tərəfin qarayaxmasıdır. Onu da bildirək ki, qeyd edilən ünvanda “Atlant-İnşaat” şirkəti təsdiq olunmuş layihə əsasında tikinti işləri aparmışdır.
Həsənoğlu küçəsi 12 ünvanı da Gilan Holdinq tərəfindən inşa edilən tikintinin ərazisinə düşdüyü üçün həmin ünvanda 2 mərtəbəli binalar sökülərək sakinlərin şirkətin M.Nağıyev küçəsi 19/67 ünvanda artıq inşa etdiyi hazır binaya köçürülməsi, kompensasiya verilməsi, sökülən mənzillərin əvəzləndirilməsi və bu kimi digər məsələlər birbaşa şirkət ilə sakinlər arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilmişdir. Bütün sadalanan proseslərin həyata keçirilməsi ilə bağlı ətraflı məlumatları KİV nümayəndələri qeyd edilən şirkət ilə də əlaqə saxlayaraq dəqiqləşdirə bilər.
Bu proseslərdə Nərimanov RİH-nin heç bir rəsmi və ya qeyri-rəsmi iştirakı olmamışdır. O cümlədən bu məsələdə heç bir rolu və iştirakı olmayan RİH başçısı Abdin Fərzəliyevin adının qeyd edilməsi qərəzlidir və ikrah hissi doğurur.
KİV nümayəndələrinə bundan sonra qeyri-dəqiq məlumatlar verərkən informasiyanın Nərimanov RİH ilə də dəqiqləşdirməyi məsləhət bilir, jurnalist adına yaraşacaq dərəcədə məsuliyyətli olmağı xahiş edirik".
Qeyd edək ki, artıq bir neçə gündür mətbuatda Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı kampaniya aparılır. Bizə verilən məlumata görə, bununla bağlı araşdırmalar aparılıb və yaxın günlərdə bu kampaniyanın təşkilatçıları, materialların kim tərəfindən və harda hazırlandığı barədə məlumat veriləcək.
AzPolitika.info

Şərhlər
AYE bosh seylerdi hamisi
Yaxşı işləyənin ayağınl altını qazan çox olur. Nərimanov icranın işi göz qabsğındadı yüzlərlə ailələr xarabalıqlardan komfortlu mənzillərə köçürülüb, yüzlərlə yeni iş yerləri açılırdı hər ay üstəlik rayon abadlaşır. Məqalədəki yazılanlar cəfəngiyyatdır
Bütün bunlar Abdin müəllimə qarşı ermənipərəst qüvvələrin apardığı böhtan kampaniyasıdır. Bu cür məsələlərdə Nərimanov rayon icra hakimiyyəti və onun rəhbərinin adının hallandırılması qərəzli mövqeyi nümayiş etdirir və rayon sakinlərinə qarşı hörmətsizlik ifadə edir.
Deyirem bu KİV Nümayendelerinde işi gücü yoxduda alan ayrı satan ayrı tiken ayrı bunun icra hakimiyyetine ne aidiyeti var
Abdin Fərzəliyev haqqında yazıları hamı bilir kim yazdırır, çörəyi dizinin üstündə olan, naşükür birinin Fərzəliyev haqqında sifarişli yazılarını heç də ciddiyə almaq lazımdeyil
Qurban memmedo hec vaxt muxalifet olmayib...
Bu qədər izahatdansa, götürün verin məhkəməyə...
Qurban Məmmədov Sərdar Cəlaloğlunun qardşıdr.Qurban heç vaxt müxalifət olmayıb.O sadəcə tapşırıqla bu rola girib.....