BAKIDA YOL POLİSİ DEPUTATI QOVUB TUTDU - "Sürücülərdən rüşvət toplayırlar"

Dövlət Yol Polisininin (DYP) əməkdaşı Milli Məclisin deputatı Razi Nurullayevi saxlayıb. “Report” xəbər verir ki, bu barədə R.Nurullayev "Facebook" səhifəsindəki paylaşımında bildirib.

O qeyd edib ki, hadisə ötən gecə Novxanı yolunda baş verib:“99 YP 172 dövlət nömrə nişanlı Dövlət Yol Polisinin maşınıdır. Yol polisi əməkdaşı özünü Kərimov Nurlan kimi təqdim etdi. Saat 22.50. Birincisi, maşının arxasınca düşüb saxlamaq nə demək? “Bandit” qovur bu, yoxsa oğru? Özünü təqdim etmir. Sənəd tələb edir. Deyirəm ki, əlində planşet var, gir orada bax. Baxır.

Deyirəm mən deputatam, bu da həyat yoldaşım. Bizi niyə saxladın? Deyir ki, arxa fara yanmır axı deyəsən. Baxırıq yanır. Nömrə üzərinə düşən işıq zəifdir.

Deyir, mütləq sənəd verin. Verdik. Gedib 5 dəqiqəyə gəlir və deyir ki, rəis deyir ki, o deputatdırsa sənəd göstərsin. Sözün və filmin sonu...

...Bu kimi məmurun ən yüngül cəzası işindən qovulmasıdır. Özünün də, telefonla danışdığı komandirinin də. Hər gün seyr edirəm və bir gün partlamalı idim. Novxanı yolunda sürücülərdən rüşvət toplayırlar. Hər gün qovhaqovdur.

Millət vəkilinə qarşı bu cür hərəkət edənlər, sadə vətəndaşın başına turp əkərlər və əkirlər. Onun üçün həmişə təklif vermişəm ki, bu sistem ləğv edilməlidir.

Bu məsələdə, hörmətsizlik və qanunsuzluq edən polis nəfərlərinə güzəşt olmayacaq. Gözləyirəm”.

Məsələyə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən və yol polisindən münasibət öyrənmək mümkün olmayıb.

635x100

Şərhlər

Abdulla 2020-09-08 17:43:54

Heç parlamentdə deputatlıgınız yadınıza düşmür, ancaq belə lazımsız işlərlə məşgulsuz

Dilqam 2020-09-08 14:51:47

Deyir dalımca geldilər, burda sual yaranır nəyə görə polisin qanuni saxla əmrinə tabe olmayıb hörmətli deputat?

ELSAD 2020-09-08 13:03:54

Yol polisinin ozbasinaligi qaldi bir kenarda...Mohtesemik.

Anar 2020-09-08 12:45:44

Duz deyir de.. polisler axir vaxtlar ozlerini lap... kimi aparirlar.

miri 2020-09-08 12:36:33

Bu cür idarəetmənin bu cür deputatı, bu cür də yol polisi olması tam məntiqidir.

Фазил 2020-09-08 12:25:21

Düz edib saxlayıb sizin adi vətəndaşdan nə fərginiz var qanun qarşısında? Polisin bütövlükdə xidməti çox vacib və səyərlidi cəmiyyətimiz üçün ona görə hörmətli deputat hikkə edib polisləri ləkələmə

M.Əsgərov 2020-09-08 12:15:52

sizləri deputat kimi qəbul eləmirlər də, yəqin seçkilərdəki saxtakarlıqları görüblər və hesab eliyirlər ki, təyinatlı deputat hələ əsl deputat deyil. Həmdə "axsaq atın kor nalbəndi olar" deyiblər, sənin kimi deputatın elədə polisi olmalıdır də......

BAKILI 2020-09-08 11:03:26

Seni ve diger 120 neferi hec kim deputat kimi qebil etmir..

Son yazılar