"Milli Şuradan ayrılmayacağıq" - EL

“Bəzi narazılıqlara baxmayaraq, EL hərəkatının Milli Şuradan (MŞ) ayrıla bilməsi haqda xəbərlər əsassızdır, əksinə, biz qurumun daha da güclənməsi və monolit olmasında maraqlıyıq”, - . hərəkatın Ali Məclisinin sədri Eldəniz Quliyev Turan-a bildirib.

O, hərəkatla Şura arasında narazılığa səbəb kimi EL-ə olan basqılara Şuranın bir müddət səssiz qalmasını göstərib. E.Quliyev ölkə prokurorluğunun əsassız bir bəyanata söykənərək iki həftəyə yaxındır ki, hərəkata olan təzyiqlərinə Şuranın səssiz qalmasını əməkdaşlıqla bir araya sığmayan hərəkət kimi dəyərləndirib. O, bu susqunluğu hətta qeyri-səmimilik kimi dəyərləndirib.

E.Quliyev daha bir narazılıq nöqtəsi kimi “Yeni Müsavat” qəzetində Milli Şuranın “Ruisya projesindən milli projeyə çevrilməsi” yönlü yazılarını göstərib.

“Milli Şura nə zaman rus projesi olub ki, indi milli projeyə dönə? Bu qurum əvvəlindən milli projedir, indi isə təkcə müxalifətin yox, bütün xalqın dəstək verdiyi ümumxalq projesidir”, - Milli Şura layihəsinə münasibətini ifadə edib.

E.Quliyev belə bir sıra narazılıqlara baxmayaraq, EL hərəkatının heç bir halda Milli Şuradan ayrılmayacağı, daha da monolit birliyə çevrilməsi yolunda səy göstərəcəklərini bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar