Latviya Seymi yeni Müdafiə Konsepsiyasını qəbul edib

Latviyanın Seymi (parlament - Red) 2020-2024-cü illər üçün dövlət müdafiəsinin yeni konsepsiyasını təsdiqləyib. “Report” xəbər verir ki, sənəd dövlət müdafiəsinin strateji prinsiplərini müəyyənləşdirir və gücləndirmək üçün əsas addımları əks etdirir.

Müdafiə Konsepsiyası dörd prinsipə əsaslanır - Milli Silahlı Qüvvələrin gücləndirilməsi, dövlətin hərtərəfli müdafiəsi, NATO-nun kollektiv müdafiəsi və beynəlxalq əməkdaşlıq.

Konsepsiyada həmçinin bildirilir ki, NATO qüvvələrinin Latviyada olması müttəfiqlərin respublikanı dəstəkləməyə hazır olduğunu sübut edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar