Navalnının evinə və bank hesablarına həbs qoyuldu - "Pullar Putinin boğazında qalsın..."

Rusiyada məhkəmə icraçıları antkorrupsiya fəalı, müxalifətçi Aleksey Navalnının Moskvadakı evinə həbs qoyublar. Bu barədə məlumatı sentyabrın 24-də siyasətçinin mətbuat katibi Kira Yarmış özünün "Twitter" hesabından verib. Bu akt “Putinin aşpazı” ləqəbi ilə tanınan oliqarx Yevgeni Priqojinəlaqədardır.

Yarmışın sözlərinə görə, sözü gedən mənzildə Navalnıya düşən pay üzərinə həbs hələ avqustun 27-də qoyulmuşdu. Bu o deməkdir ki, həmin mənzili satmaq, bağışlamaq və ya girov qoymaq mümkün olmayacaq. Elə həmin vaxt Navalnının bank hesablarına da həbs qoyulmuşdu.

Bu hadisə Priqojinə bağlı “Moskva məktəblisi” iaşə firmasının məhkəmə iddiası ilə əlaqəlidir. 2019-cu ilin oktyabrında məhkəmə, müxalifət fəalı Lyubov Sobolu, Aleksey Navalnı və onun Korrupsiyaya qarşı Mübarizə Fondunu (KMF) “Moskva məktəblisi” yeyinti kombintına 87 milyon rubl (1 milyon 137 min dollar) təzminat ödəməyə təhkim etmişdi.

Firma Navalnı və fondun hazırladığı reportajda işgüzar reputasiyasına böyük ziyan dəydiyini iddia edirdi. Reportajda deyilirdi ki, kombinatın məktəb və uşaq bağçalarına verdiyi keyfiyyətsiz yeməklərə görə uşaqlar arasında qarın yatalağı infeksiyası yayılıb.

Bundan sonra rəsmən firma ilə guya bağlı olmayan Priqojin bildirmişdi ki, “Moskva məktəblisi” kombinatına ödənməli olan borcu alır. Beləliklə də, Putinə çox yaxın olan oliqarx Putinin qatı tənqidçisi Navalnı və fondu özünə borclu etmişdi.

2020-ci ilin iyulunda Aleksey Navalnı məhkəmə təzminatını ödəyə bilməyəcəyi səbəbi ilə fondu bağladığını elan etmişdi. O həmin vaxt demişdi ki, başqa mübarizə yolu seçəcək: “Qoy bu pul Putinlə Priqojinin boğazında qalsın. Amma bizim üçün ən dəyərli olanı – sizləri biz özümüzdə saxlayacağıq. Mənə və Sobola bundan artığını etmək mümkün deyil. Tələb olunan vəsait nəhəngdir və mən bu pulu toplamaqda belə məna görmürəm. Putin hakimiyyətinin sonunadək istənilən mülkiyyətimizi Putinin aşpazının nəfinə bizdən alacaq pristavlar və bloklanmış hesablarla yaşamalı olacağıq”.

2020-ci ilin avqustunda məhkəmə icraçıları KMF-in hüquqşünası Lyubov Sobolun hesabından məcburi qaydada 34 milyon rublu siliblər. Bunun 29 milyonu “Moskva məktəblisi” kombinatının nəfinə alınıb. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar