Abdin Fərzəliyev Prezident ailəsi ilə qohum oldu

Bu gün Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin övladının toy mərasimidir. “Qafqazinfo” xəbər verir ki, icra başçısının qızı Ləman Fərzəliyeva ailə həyatı qurur. Mərasim “Buta Palace”də təşkil olunub.

Azərbaycanın ən nüfuzlu icra başçılarından olan Abdin Fərzəliyevin qızı dövlət başçısı İlham Əliyevin bir neçə il əvvəl dünyasını dəyişmiş bibisi Şəfiqə xanımın nəvəsi ilə ailə qurur.

Bu qohumluğun cənab Fərzəliyevin bundan sonrakı siyasi karyerasına təsirsiz ötüşməyəcəyi şübhə doğurmur.

V.Nəsibov

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar