Sevgilisini doğrayan oğlan həbsxanada intihar etdi (VİDEO)

Cem Qariboğlu qətli törətdikdən sonra Ermənistanda gizlənirdi

Türkiyədə 17 yaşlı qızı öldürərək hissələrə bölən və zibil qutusuna atan şəxs intihar edib. ANS PRESS-in məlumatına görə, Münəvvər Qarabuludu vəhşicəsinə öldürərək, başını balta ilə kəsən Cem Qariboğlu özünü Silivli Cəza Evində asıb.

Qeyd edək ki, 2009-cu ilin mart ayında Cem Qariboğlu villada sevgilisi 17 yaşlı Münəvvər Qarabuludu vəhşicəsinə qətlə yetirib. O, qızın cəsədini parçalara ayırıb zibil qutularına atıb. Həmin şəxs sonradan ölkədən qaçaraq Ermənistanda gizlənmişdi. Dəhşətli qətli törədən şəxs İstanbul polisinin yaratdığı xüsusi dəstə tərəfindən tutulub. Ermənistanla diplomatik münasibətləri olmadığı üçün Türkiyə onun ölkəyə gətirilməsini təmin etmək üçün İran, Suriya və Rusiya ilə danışıqlar aparıb. Danışıqlardan sonra Türkiyədən bir qrup nümayəndə Cem Qariboğlunu təhvil almaq üçün Ermənistana gedib.

Türkiyə məhkəməsi Cem Qariboğluna 24 il iş kəsmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar