Roma Papası homoseksualizmi dəstəklədi! – Bircinsli nikaha xeyir-dua verdi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Roma Papası Fransisk ilk dəfə olaraq bircinsli vətəndaş ittifaqını (homoseksualizmi) dəstəkləyib. Bu barədə baş keşiş «Françesko» adlı tammetrajlı sənədli film üçün verdiyi müsahibədə bəyan edib. Filmin premyerası oktyabrın 21-də Roma kinofestivalında baş tutub.

«Bloomberq»in xəbər verdiyi kimi, Papanın bu «bəyənməsi» filmin ortalarına təsadüf edir. Orada baş keşişin özünün maraq dairəsində olan ətraf mühit, kasıblıq, miqrasiya, irqi qeyri-bərabərlik, gəlirlərin bərabər olmaması və diskriminasiyadan ən çox zərər çəkən insanlar barədə məsələlər yer alıb.

«Homoseksual insanlar ailədə olmaq hüququna malikdirlər. Onlar da Allahın övladlarıdır. Bizə vətəndaş ittifaqı barədə qanun lazımdır ki, onlar (homoseksuallar - Red.) qanunla qoruna bilsinlər» - Fransisk bildirib.

Qeyd etmək lazımdır ki, hələ Buenos-Ayresin arxiyepiskopu olan vaxtlar Fransisk artıq eynicinsli cütlərin vətəndaş ittifaqını bircinslilərin kəbininə alternatv olaraq dəstəkləyib. Ancaq o, kütlə qarşısında Papa kimi bunu ilk dəfədir ki, dilə gətirib.

Beləliklə, Papanın bu dəstəyi sayəsində xristian dünyası Allahın qəzəbinə - «kütləvi qısırlığa» doğru bir addım da yaxınlaşmış oldu.

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Qarabag Azerbaycandir! 2020-10-23 10:05:13

Sozun bitdiyi yer. Emelli basli cinsi azliqlari qebul edirler Ve dunyaya yaymaq isteyirler. Bir azdan hami adi baxacaq buna. Nece ki indi qadinlarin aciq geyinmesi adi hal oldugu kimi. Satisda olan paltarlarin coxu aciqdir. Nufuzlu insan deyir ona da ne qeder inanan var qebul edecekler. Televizorda da reklam edecekler bitdi. Gel dunyanin axiri.

Şaiq 2020-10-23 09:12:16

Hər kəsin dininə hörmətlə yanaşıram. Dini kitablarda Allahın canlıları erkən və dişi yaratdığı yazılır. O kitablarda cinsi azııqlar(xəstəlikdir) barədə bir kəlmə olmadığı halda papa kimdir ki, bu işə xeyir - dua versin. Papa cavab versin görək covid 19 - u kim yaradıb, nıyə yaradıb? Peyvənd vurdurmaq Allaha qarşı üsyan deyilmi?

Xuliqan 2020-10-23 08:51:26

Gümrüdə katoliki müdafiə edən provaslavlara xeyir-dua verən, Bakıda isə torpaq nədir ki, onu iddia edirsiniz deyən Franşizik özünü elə daşnaq homosu kimi göstərmədimi?

Qumru 2020-10-23 00:22:25

Bunlarinda basi yamam qaçib gör neyi tebiliq edirler . Allah agill qoysun basiniza .sadece bu qeder

t.ədalət 2020-10-23 00:11:30

Bu kilsə soçovulları şeytandır,iblisdir.Allah bunlara lənət eləsin!Avropanın mədəniyyəti budursa,lənət olsun!

Son yazılar