İRƏVANDA TƏLXƏK PAŞİNYANIN İSTEFASI TƏLƏB EDİLİR - “Ermənilər məhv olmaq təhlükəsilə üz-üzə qalıb”

Ermənistanın sabiq baş naziri və müdafiə naziri postlarını tutmuş, hazırda isə Milli Demokratik Birlik partiyasına sədrlik edən Vazgen Manukyan Paşinyan hökumətini ittiham edərək, istefaya çağırıb.

“AzPolitika.info” xəbər verir ki, partiya sədri nəinki Dağlıq Qarabağdakı qondarma rejimin, Ermənistanın və bütövlükdə erməniliyin məhv olmaq təhlükəsilə üz-üzə qaldığını bildirib: “Biz tariximizin biabırçı və dağıdıcı səhifəsini yaşayırıq. Yalnız Dağlıq Qarabağ deyil, həmçinin Ermənistanın, erməniliyin gələcəyi təhlükə altındadır.”

Sabiq baş nazir bildirib ki, vəziyyətdən çıxış yolu Paşinyan hökumətinin istefaya getməsi və hakimiyyətin hərbçilərə verilməsidir

O iddia edib ki, mövcud hökumətin dövründə vəziyyəti dəyişdirmək mümkün olmayacaq. 

Manukyan Paşinyan hökumət istefaya gedərək, bütün hakimiyyəti orduya təhvil verməyə çağırıb.

Bundan sonra isə ordunun müharibə vəziyyəti üçün lazımi tədbirlər həyata keçirməli, maraqlı dövlətlər və beynəlxalq qurumlarla danışıqlar apararaq, etibar qazanmalı olduğunu vuğulayıb. 

"Yeganə xilas budur. Əks təqdirdə hər şeyi itirə bilərik"- deyə bildiib. .

Göründüyü kimi, Azərbaycan Ordusunun uğurları artdıqca, düşmən ağır zərbələr aldıqca Ermənistandakı siyasi didişmələr daha açıq formada üzə çıxmağa başlayır. Azərbaycan Prezidentinin son çıxışında "səxoş təlxək " adlandırdığı Paşinyanın istefasının tələb edilməsi də bunun göstəricisidir. 

Ancaq  artlq  Ermənistanda hakimiyətdə kimin oılmasnın heç bir əhəmiyyəti yoxdur. Azərbaycan odusunun zəfər yürüşü  Prezident İlham Əliyevin də vurğuladığı kimi, sona qədər davam edəcək. Erməni cəmiyyət də  məğlubiyyətin qaçılmaz olduğunu nə qədər tez anlasa, bir o qədər az itki verər.  

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar