Bu terror xalqımızın qələbə əzmini sındıra bilməz! – Biz mütləq qalib gələcəyik!

Döyüş meydanında rüsvayçı məğlubiyyətlə üzləşən düşmən dinc əhalini ballistik raketlərdən atəşə tutmaqla, əvəz çıxmağa çalışır. Məqsəd həm də kütləvi insan tələfatı, dağıntılar yaratmaqla əhalini qorxutmağa, cəmiyyətin hərbi əməliyyatlara dəstəyini azaltmağa, bununla Azərbaycanı dayandırmağa hesablanıb. 

Bərdə şəhərinin iki gündə ard-arda ağır artilleriyadan atəşə tutulması bu məkrli niyyətin tərkib hissəsidir. Prezident İlham Əliyev xalqa müraciətində düşmənin və onun havadarlarının bütün vasitələrlə Azərbaycana təzyiq etdiyini bəyan edib. Təcavüzkar dayanmadan silahlandırılır, bəşəri cinayətlər törətsə də, onun əməlləri dəstəklənir. Beynəlxalq hüquq ayaq altına atılıb, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, işğal faktını təsdiq edən BMT qətnamələri görməzdən gəlinir.

Azərbaycan Ordusunun ağır zərbləri ilə darmadağın olmuş düşmənin hələ də dirəniş göstərməsi bilavasitə bu dəstəklə bağlıdır. Paşinyan son müraciətində açıq-aşkar hədə-qorxu ritorikasından istifadə etməsi də təsadüfi deyil. Rusiya, Fransa kimi havadarlar bu cinayətkar rejimi hərbi, siyasi dəstəklə arxayın salır.

Bərdənin, Gəncənin, Tərtərin ballistik raketlərlə vurulması bəşəri cinayətdir. Azərbaycanın tam haqqı var ki, bu cinayətləri dayandırmaq üçün adekvat tədbirlər görsün. Müdafiə Nazirliyi dünən Ermənistandan həyata keçirilən hücum nöqtələrinin məhv ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Artıq düşmən bütün qırmızı xətləri keçib, şübhəsiz ki, şanlı Ordumuz terror yuvalarının darmadağın edilməsi üçün hərəkətə keçəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qırmızı xətlərlə bağlı Rusiya prezidenti V. Putinə xəbərdarlıq edib: “Biz səmimiyik, mən sizin də səmimi olmağınıza inanıram. Ancaq qırmızı xəttimizi də dedim. Bu qırmızı xətt keçilərsə, üzrlü saysınlar, atamızın oğlu da olsa gözümüz görməz”.

Azərbaycan Ordusu dövlətin, xalqın birliyi, tam dəstəyi ilə bu hücumları dəf edəcək. Buna heç kimin şübhəsi olmasın. Torpaqların azad olunması əmri verilməzdən əvvəl hər şey ölçülüb-biçilib, düşmənin, onun havadarlarının nə edəcəyi, hansı reaksiyanı verəcəyi ən pis ssenarilərdə belə nəzərə alınıb. Dinc əhalini atəşə tutmaq düşmənin məğubiyyətinin, çarəsizliyinin etirafıdır. Rəşadətli Azərbaycan Ordusunun erməni tör-töküntülərini milçək kimi qırıb tökməsi, işğalda olan kəndləri, şəhərləri bir-birinin ardınca azad etməsi düşməni və onun havadarlarını dərindən məyus edib. Onlar nə ordumuzdan, nə dövlətimizdən, nə xalqımızdan nə də qardaş Türkiyədən bu qədər güc, dəyanət, birlik, dayanışma gözləmirdilər. Bütün hesablar yanlış çıxıb, böyük dövlətlərin də cinayətkar, terrorçu rejimlə birgəliyi ifşa olunub, maskalar yırtılıb, geriyə yol bağlanıb. Nəyin bahasına olursa-olsun, Azərbaycanı dayandırıb erməni tör-töküntüsünü xilas etməyə çalışırlar. Bu murdar toplum üzərində qurduqları məkrli siyasətlər, planların məhv olmasını həzm edə bilmirlər.

Azərbaycan xalqı belə hücumları, itkiləri çox görüb, düşmənin iyrənc mahiyyəti ona yaxşı tanışdır. Son bir ayda məlum oldu ki, düşmən və onun dəstəkçiləri nə qədər quduzlaşalar da xalqımızın, dövlətimizin birliyi, mübarizə, qələbə əzmi o qədər yüksəlir. 

Biz mütləq qalib gələcəyik! Bu milyonlarla azərbaycanlının qəlbinə hakim olmuş yeganə şüardır. Tanrı Azərbaycan xalqına yar olsun!

Elçin Rüstəmli 

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar