Erməni yazar Putini təhqir etdi

Ermənistanın Armenianreport.com saytının yazarı Qalust Qriqoryan Rusiya və onun prezidenti erməniləri satmaqda ittiham edib.

Onun müəllifi olduğu “Rusiyanın yalnızlığı – satqınlığın əvəzi” adlı məqalədə müəllif baş nazir Mixail Mişustinin bir neçə gün əvvəl Rusiyada süni intellektin inkişaf etdirilməsinin vacibliyi barədə dediklərini sitat gətirərək, bunun Putinin ölkəsində adi intellektin çatışmaması ilə bağlı olduğunu qeyd edib.

Müəllifin fkrincə, baş nazir “sayılı günləri qalan” Putinin əhvalını korlamamaq üçün reallığı açıq söyləməyib: “Hamı gördü ki, Rusiya uzun zaman özünün strateji müttəfiqi adlandırdığı Ermənistanı hərbi tullantılarla təchiz etdi. Bəli, məhz belə. Rusiya öz hərbi arsenalında yaxşı olan nə varsa, hamısını bizə deyil, Azərbaycana satdı. Hansı ki, indi o silahların hamısı bizim igid övladlarımıza qarşı istifadə olunur. Mahiyyət etibarilə, Rusiya onların güllələnməsini sanksiyalaşdırdı.

Həmçinin siyasi nöqteyi-nəzərdən, Artsaxa qarşı müharibəyə görə rəsmi Bakını ittiham etməyən Putin qorxaqcasına hüquqi formulların arxasında gizləndi, hətta Türkiyə prezidenti Ərdoğanın haqqında bolluca kompliment yağdırmağa da macal tapdı”.

Müəllif daha irəli gedərək bildirir ki, hazırda bütün Ermənistan Putinə və Rusiyaya “siz qorxaq satqınlarsınız” deyir: “Rusiyalıların hünəri yalnız “hibrid müharibələr” aparmağa, yaxud çox zəif düşmənlərə hücum etməyə çatır. Ciddi bir rəqiblə müharibə təhlükəsi yaranan kimi Putin sivişdi”. O, bizim xalqı atdı, bizim qanımıza susayan, total şəkildə məhvimizi istəyən armada ilə üz-üzə qoydu. Lakin bunun heç biri Putini, bir az əvvəl dediyi kimi, tərpətmir. Bu, təəccüblü deyil. Ona görə ki, Qarabağda onu tərpədəcək heç nə yoxdur. Vicdan, ləyaqət, ədəb – bütün bunlar çoxdan sıfırlanıb. Bunu indi yalnız Ermənistanda deyil, Rusiyanın hələ də özünün nüfuz dairəsi hesab etdiyi digər ölkələrdə də görürlər. ”. 

Yazının linki: https://armenianreport.com/ru/pubs/262620/

635x100

Şərhlər

Elsad 2020-10-31 03:37:50

digalar--sizin cezalandirma vaxti catib..ALLAH bunu teyin etdiyi vaxtdir..bunu siz bilemezsiz,cunki sizler seytanlar irxina sahibsiz,--belkem seytanda sizleri oz irxina gebul etmez..bebek gatilleri--Turkun hunerini indi gerursuz

Zeynəb 2020-10-29 21:51:20

Bəs nə bilmişdiniz,tülkü kimi rusun dalında gizlənib elə bilirdiz hünərinizlə gözəl Qarabağımızı işğal elımisiniz? Köpəklər,şanlı Azərbaycan ordusu Ali Baş Komandamızın başçılığı altında sizi kürüyüb Araza tökəcəklər.Inşallah,o gün.artıq gəlib çatıb.

Fatime 2020-10-29 08:00:47

Bic ermeni arada rusu qizisdirib turkun uste gondermek isteyir

Eldəniz 2020-10-29 07:03:54

Çox maraqlıdır görəsən nəyə görə Putin sizə görə doyusmelidir , bu suala cavab tapıb ilk növbədə ...Bundan sonra dünya düzəni dəyişir artıq hamı sizlərin saxtakar riyakar və duzenbaz olduğunu bir daha gördü ....Tarix boyu rusun arxasını öpə öpə adam olubsunuz indi də öz atanıza qarşı üsyan qaldirirsiniz .Indi də gedin böyük bacınız olan fransanın yubkasinin altında gizlenin onlar da sizə qədim peşənin müasir texnoliji variantalarnibi oyredeckker ....

Son yazılar