“İŞĞAL OLUNMUŞ ƏRAZİDƏ DİNC ƏHALİ SÖHBƏTİ YOXDUR!” – “Oraları azad etmək üçün bizim cavabımız...”

İlham İsmayıl: “Ermənilərin Gəncədə, Bərdədə törətdikləri onlar tərəfindən birgə yaşayışın mümkün olmayacağını da ortaya qoydu

"Azərbaycan Ermənistan ərazisini də vura bilər"

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib. Nazirliyin təqdim etdiyi video kadrlarda "Smerç"-in iki raketlə məhv edildiyi göstərilir.

Xatırladaq ki, bundan əvvəl Gəncə şəhərini Ermənistanın Vardenis rayonu ərazisindən atəşə tutan "Elbrus" taktiki əməliyyat raketləri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılmışdı. Müdafiə Nazirliyi həmin zərbələrin də videosunu ictimaiyyətə təqdim etmişdi.

Görünür, bu zərbələr kifayət etmir, çünki düşmən ballistik raket qurğularını ya mülki əhalinin yaşadığı yerlərdə, ya da Ermənistan ərazisində saxlayır və oradan vaxtaşırı Azərbaycanın şəhərlərini atəşə tutur. Nəticədə onlarla insan həlak olur, yaralanır, infrastruktura ciddi zərər dəyir. Bu faktlar artıq dünya ictimaiyyətinə də təqdim olunub. Beynəlxalq insan haqları təşkilatları Ermənistanın qadağan olunmuş kaset silahlardan dinc insanları atəşə tutduqlarını təsdiqləyiblər.

Qeyd edək ki, ermənilər ballistik raket qurğularını, əsasən, mülki əhalinin məskunlaşdığı ərazilərdə ona görə yerləşdirir ki, Azərbaycan cavab zərbələri vura bilməsin.

Düzdür, Azərbaycan ordusu bu qurğuların yerini müəyyənləşdirib dəqiq zərbələrlə məhv edir. Ancaq havadarlarından yeni belə qurğular alan düşmən öz alçaq mahiyyətinə uyğun olaraq mülki əhalinin yaşadığı yerlərə raketlər atmaqda, dinc insanları öldürməkdə davam edir.

Buna görə də, ictimaiyyət arasında Azərbaycan Ordusunun Xankəndi başda olmaqla işğal altındakı bütün əraziləri ağır şəkildə bombardman etməsinin tərəfdarı olanların sayı getdikcə artır...

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirir ki, Azərbaycanın Xankəndi də daxil olmaqla, işğal altındakı bütün ərazilərdə istənilən formada hərbi əməliyyatlar keçirməyə ixtiyarı var. Beynəlxalq hüquq normaları bizə bu haqqı verir, həmin ərazilərdə mülki əhalinin yaşaması da vəziyyəti dəyişmir: “Bərdənin vurulmasında istifadə olunan “Smerç” raketləri Dağlıq Qarabağdan və ya Ağdamın Şahbulağından atılıb. Bunun cavabı bütün işğal olunmuş ərazilərdir. Kim deyirsə, Xankəndində, Xocavənddə, yaxud Əsgəranda dinc əhali var deyə oranı vurmaq olmaz, bu fikir qətiyyən doğru deyil. Oralar işğal olunmuş ərazilərdir. Azərbaycan üçün işğal olunmuş ərazidə dinc əhali söhbəti yoxdur. İkinci Dünya müharibəsində almanlar Kiyevi işğal edəndə o müddətdə oradakı məktəblər də işləyirdi.

Sovet ordusu geri qayıdıb əraziləri azad edəndə düşünürdümü ki, mən oranı vura bilmərəm? Xeyr. İşğal bölgəsi olduğuna görə Kiyevi hərtərəfli bombalayırdı ki, azad etsin. Biz də eyni cür davranmalıyıq. Bizim üçün işğal altındakı ərazilərimizdə – Xankəndi, Xocavənd, Əsgəran, Şuşa, Laçında kimin yaşamasının fərqi olmamalıdır. Oralar işğal yerləridir və bu kifayət edir ki, oranı azad etmək üçün hər cür tədbir görülsün. Bizim cavabımız bu olmalıdır”.

Ekspert qeyd etdi ki, ermənilərin Gəncədə, Bərdədə törətdikləri onlar tərəfindən birgə yaşayışın mümkün olmayacağını da ortaya qoydu: “Onlar Xocalıdan bu yana törətdikləri cinayətlərin fərqindədilər”.

Bəs Azərbaycan bu hücumların qarşısını almaq üçün birbaşa Ermənistan ərazisinə də zərbə endirə bilərmi?

İ.İsmayılın sözlərinə görə, Azərbaycan Ermənistan ərazisini də vura bilər. O halda ki, həmin ərazidən hücum təhlükəsi barədə dəqiq məlumatı, sübutu olsun: “Biz Ermənistan ərazisini yalnız oradan təhlükəni görəndə, raketin bizə tuşlanması barədə dəqiq məlumatımız olanda vura bilərik. BMT qanunları da bunu deyir. Bir müddət əvvəl Ermənistanın Basarkeçər rayonundan raketlərin qalxmasını qeydə almışdıq, onlar zərərsizləşdirildi. Döyüş həddinə çatdırılırsa, vurmağa ixtiyarımız var. Məsələn, indi götürüb Tovuz, Qazax istiqamətindən Ermənistan ərazisinə raket atsaq, bu, düzgün deyil. Amma Ermənistanda bizə raket tuşlanan istənilən ərazini vurmağa ixtiyarımız var”.

AzPolitika.info

635x100

Şərhlər

Amon 2020-10-30 19:23:22

Butun torpaqlarimizi isgaldan azad edib serhedlerimizi serhed qosunlarina tehvil verennen sonra ermenistan erazisini vurmaq lazimdi indi yox cunki genceni de berdeni de rus bombalatdirir ona gore sebrli ve temkinli olmaliyiq texribata uymamaliyiq

Xalq 2020-10-30 13:57:44

putin elə bizim atmağımızı böyük səbrlə gözləyir. Türkiyənin yanında alibisi də var. Deyəcək Azərbaycan ermənistanı atdı, mən də cavab verirəm.

Son yazılar