YAP CƏMİL HƏSƏNLİNİ TUTDURMAQ İSTƏYİR?! - HƏDƏ

 “Prezident seçkiləri zamanı dövlət başçısının ünvanına səslənən təhqiramiz ifadələrə yaxın zamanlarda hüquqi qiymət veriləcək”. Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O xatırladıb ki, seçki prosesi zamanı prezident İlham Əliyevin ünvanına geniş auditoriyada müxalifətdə olan bəzi partiyaların, o cümlədən Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənli tərəfindən təhqiramiz sözlər səslənib.

S. Novruzov qeyd edib ki, bu məsələyə hüquqi qiymətin verilməsi ilə bağlı proses gedir və zəruri bilindiyi vaxt ictimaiyyətə məlumat veriləcək.

S.Novruzovun bu anonsunun ciddi əsası olduğu şübhə doğurur. YAP-ın Cəmil Həsənlini məhkəməyə çəkməsi ciddi səhv olardı və inandırıcı deyil ki, hakim partiyada başlarını bu dərəcədə "itiriblər". Cəmil Həsənlinin seçki kampaniyası dövründəki bir çox ittihamları yerli və xarici mətbuatın araşdırmalarına, bu araşdırmalar nəticəsində ortaya çıxan sənədlərə əsaslanır. İndi YAP bu məsələlərin unudulmasına çalışmaq əvəzinə Cəmil Həsənlini məhkəməyə verməklə, onları yenidən yerli və xarici mətbuatın, eyni zamanda beynəlxalq ictimaiyyətin gündəminə gətirmək istəyir?! Bu inandırıcı deyil. Görünür S.Novruzov seçki kampaniyası dövründə Əli Əhmədovun dilə gətirdiyi hədənin ciddiliyini göstərmək üçün belə bir açıqlama verib. Əks halda bu addım Prezidentə qarşı təxribatdan başqa bir şey deyil.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar