“Qanun” Nəşriyyat Evində vergi yoxlamalarına başlanıb

Azərbaycan Vergilər Nazirliyi “Qanun” Nəşriyyat Evinin ofisində yoxlama aparıblar.

Nəşriyyat evinin direktoru Şahbaz Xudoğlunun APA-ya verdiyi məlumata görə, noyabrın 1-də bir neçə nəfər ofisə gələrək yoxlamaya başlayıb: “Dünən işdə yox idim. Mənə zəng edib dedilər ki, vergidən gəliblər. Mən dərhal ofisə getdim. 20 nəfərə yaxın adam var idi. Bütün qapılar bağlanmışdı. Hər bir işçinin yanında bir vergi mütəxəssisi dayanmışdı. Mənə dedilər ki, sizə böyük hörmətimiz var, lakin sənədləri götürməliyik. Sənədləri, əl yazmalarını və kompüterləri götürüb getdilər”.

Ş. Xuduoğlu hazırda ofisin fəaliyyətinin dayandığını da bildirib.

Vergilər Nazirliyindən APA-ya bildirilib ki, noyabrın 1-də vergi qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə nazirliyin Vergi Auditi Departamenti tərəfindən “Qanun” Nəşriyyat Evində vergi yoxlamasına başlanılıb.

Yoxlama başa çatdıqdan sonra nəticələr barədə məlumat veriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar