İŞİD Kobaniyə girdi - FOTOLAR (18+)

Türkiyə-Suriya sərhədindəki Kobanidə İŞİD terror qruplaşması ilə PKK arasında şiddətli döyüşlər davam edir.ANS PRESS-in məlumatına görə, Kobanidəki kürd Peşmərgələrin səlahiyyətli şəxslərindən biri İsmət Şeyx Həsən ABŞ mətbuatına etiraf edib ki, şəhər demək olar ki, tamamilə İŞİD-in əlinə keçib.

Şəhərin getdikcə İŞİD-in əlinə keçdiyini deyən İsmət Şeyx Həsən bildirib kki, hazırda Kobanidə vəziyyət qorxunc həddədir.

Suriya İnsan Haqları Müşahidəsi də Kobanidə vəziyyətin ağır olduğunu və ölənlərin sayının sürətlə artdığını deyib. Sentyabr ayının ortalarından Kobaniyə hücum başlayıb və bu günə qədər ən az 500 nəfər ölüb, şəhərdən qaçan 200 mindən artıq insan isə Türkiyəyə sığınıb.

İŞİD artıq Kobanidəki döyüşçülərinin fotolarını da yayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar