"XOCALI CƏLLADLARI KÖCƏRYANIN, SARKİSYANIN ORDUSUNU MƏHV ETMİŞİK!" - “Heç bir status haqqında söhbət gedə bilməz!" + VİDEOREPORTAJ (TAM MƏTN)

“Nə qədər adam fərrarilik edib. Onların xunta başçısı gizlənmişdi bunkerdə. Burnunu belə çıxara bilmirdi. Bəs hanı sənin hünərin, cəsarətin?! Biz Ermənistan ordusunu çökdürdük!”

Bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfəri zamanı deyib.

“Eyni zamanda Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Paşinyan isə son 2 il ərzində öz ölkəsini məhv edib, sadəcə olaraq fikirləşir ki, necə öz canını qurtarsın erməni xalqının qəzəbindən. Biz Koçaryan, Sarqsyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını belə soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünə vurmusunuz saxta qəhrəman ordenlərini. Çıxardın atın yeşiyə o dəmir-dümürləri. Sizi biz məğlub etmişik, Paşinyan heç kimdir! Sizi – Koçaryan və Sarqsyan! Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik. Sizin ordunuzu biz məhv etmişik!”, - o qeyd edib.

Prezident bir daha vuğulayıb ki, Heç bir status haqqında söhbət gedə bilməz : “Heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfensiyalı, mütərəqqi Azərbaycan dövləti var”.

“Bütün Azərbaycan vətəndaşları bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur ”, - o vurğulayıb.

***

uşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir"

Xəbər verdiyimiz kimi, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Artıq bu yolun inşasına start verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva layihənin icrasının gedişi ilə tanış oldular.

Prezident İlham Əliyev dedi:

- Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır.

Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min kilometrdən çox avtomobil yolu çəkilibdir və yollar keyfiyyətlidir. Bu göstəriciyə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Ancaq bu yolun xüsusi əhəmiyyəti var. Dediyim kimi, bu yol bizi Şuşaya aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir.

Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. 

Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir.

"Bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar"

Bu gün artıq biz quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək.

İkinci Qarabağ müharibəsi bizim şanlı Qələbəmizdir, işğal edilmiş torpaqlar işğalçılardan azad edilib. Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır və dəqiq hesablanacaq. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işləri biz planlı şəkildə aparacağıq - ilk növbədə, ziyanın hesablanması, dəqiq uçotun aparılması, ondan sonra bərpa-yenidənqurma işləri.

Bildiyiniz kimi, işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda düşmən bütün infrastrukturu dağıdıbdır. Bizim şəhərlərimiz demək olar ki, yerlə-yeksan edilibdir və bu, düşmənin vəhşiliyini bir daha göstərir. İndi bütün dünya bunu görəcək. Bütün dünya görəcək ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq.

Hazırda münaqişənin siyasi həlli mərhələsidir. Bu mərhələdə də Azərbaycan istədiyinə nail olur və olacaq. Münaqişənin hərbi mərhələsi başa çatıb. Şuşanın azad edilməsi və noyabrın 9-da daha 70-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi münaqişənin hərbi mərhələsinə son qoyub. Mən münaqişənin və İkinci Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə bir daha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanında sübut edib. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və beləliklə, bizim bu günə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır. Amma baxın, görün, mənfur düşmən hansı vəhşiliklər törədir – evləri yandırırlar, məktəbləri yandırırlar, ağacları qırırlar, elektrik xətlərini qırırlar. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Nə vicdan var, nə utanmaq var, nə əxlaq var. Ona görə İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq.

Bu gün bu gözəl təməlqoyma mərasimi böyük rəmzi məna daşıyır. Biz işğaldan azad edilmiş Füzuli şəhərindən və ona qədər olan kəndlərdən Füzuli şəhərinə qədər və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin bilirlər ki, Şuşaya sovet vaxtında yol Ağdam ərazisindən gedirdi - Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil.

Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yol işçiləri ilə xatirə şəkli çəkdirdilər.

x x x

"Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib"

Qeyd edək ki, Füzuli rayonuna gedən yolun ətrafında bir vaxtlar həyat qaynayıb, bu kəndlərdə insanlar firavan və sülh içində yaşayıblar. Ancaq ermənilər tərəfindən torpaqlarımızın işğala məruz qalmasından sonra azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulublar, erməni vandalları tərəfindən evlər yerlə-yeksan edilib. Onlar daşı daş üstündə qoymayıblar, azərbaycanlıların tikdiyi evləri vəhşicəsinə dağıdıblar. Bunlar ermənilərin əməllərinin nəticəsidir.

Dövlətimizin başçısı və birinci xanım işğaldan azad olunmuş Füzuli şəhərinə gəldilər.

Prezident İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırdı. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırdı.

Prezident İlham Əliyev dedi:

-Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb.

 "Düşmənin beli qırıldı, düşmən diz çökdü və məcbur oldu kapitulyasiya aktına imza atdı"

Mənfur düşmən Füzulinin adını da dəyişdirib, bir eybəcər ad qoyubdur. Füzuli bizim dahi, böyük şairimiz Məhəmməd Füzulinin adını daşıyır. Biz bu adı bərpa etmişik. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, 30 il biganə qalıb. O biganəlik faktiki olaraq erməni işğalını möhkəmləndirirdi. Bizi sanki bu vəziyyətlə barışmağa sövq edirdilər, sülh yolu ilə məsələ həll olunsun, ildən-ilə, 30 il ərzində biz eyni sözləri eşidirdik – münaqişənin hərbi həlli yoxdur, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma biz sübut etdik ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var. Bizim qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına biz bunu bütün dünyaya sübut etmişik, münaqişənin hərbi həlli var və biz buna nail olmuşuq. Əgər bu hərbi həll olmasaydı, düşmən kapitulyasiya aktını imzalamazdı. Müharibənin ilk günlərindən mən deyirdim, Ermənistan rəhbərliyi, Ermənistanın ali baş komandanı, - əgər o adama, ümumiyyətlə, bu adı aid etmək mümkündürsə, - bəyan etməlisiniz, cədvəl verməlisiniz, nə vaxt hansı rayondan çıxırsınız. Ondan sonra biz müharibəni dayandırarıq. Əks-təqdirdə sona qədər gedəcəyik və getdik də. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi, düşmənin beli qırıldı, düşmən diz çökdü və məcbur oldu noyabrın 10-da o kapitulyasiya aktına imza atdı, məhz bizim gücümüz hesabına. Biz düşməni məcbur etmişik, biz düşmənə yerini göstərmişik, biz Azərbaycan xalqının böyüklüyünü göstərmişik.

Otuz il ərzində həm Ermənistan rəhbərliyi, həm onların havadarları, ermənipərəst, azərbaycanafob qüvvələr tərəfindən ortalığa müxtəlif uydurmalar atılırdı ki, bəli, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı döyüşə bilmir. Məhv etmişik bu uydurmanı, göstərmişik ki, kim döyüşkən xalqdır, göstərmişik ki, kim müzəffər xalqdır. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanın başında duranlar ordu quruculuğuna fikir verməmişdilər, ölkəmizi xaosa, anarxiyaya sürükləmişdilər. O illərdə bizim torpaqlarımız işğal altına düşəndə ovaxtkı hakimiyyət vətəndaş müharibəsi başlamışdı, AXC-Müsavat cütlüyü öz əsgərlərini əsir götürmüşdü, Gəncəni bombalamışdı. Ona görə torpaqlar əldən getdi. İndi bax, Ermənistan əhalisi Azərbaycan əhalisinin yaşadığı illəri - 1992-ci illəri yaşayır.

Azərbaycan xalqı o mənfur hakimiyyəti bir ildən sonra yox etdi, süpürüb atdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün müsbət meyillər inkişaf etməyə başlamışdır. Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. 

Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi.

Bu 44 gün ərzində demək olar ki, müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi. Mən demişdim ki, heç kim bizim qabağımızda dura bilməz, sona qədər gedəcəyik. Mənfur düşmən şərtlərimizi qəbul etməlidir, dəqiq tarix göstərməlidir və məcbur olub göstərdi də. Ona görə bu günlərdə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəmizi böyük qürur hissi ilə qeyd edir. Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi. Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. 

"Biz Ermənistan ordusunu çökdürdük, oçaryan-Sarkisyan ordusunu məhv etdik!"

Mən 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar, onlar kriminal, qorxaq xunta rejimindən öz yaxasını qurtarmalıdırlar. Dağlıq Qarabağın separatçı rəhbərləri qorxaqdırlar. Onların qorxaqlığını orada yaşayan ermənilər görüblər, Ermənistanda yaşayan ermənilər görüblər. Nə qədər adam fərarilik edib. Onların o xunta başçısı bunkerdə gizlənmişdi, burnunu belə bayıra çıxara bilmirdi. Bəs hanı sənin hünərin, cəsarətin?!

Biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi, sadəcə olaraq, fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?! Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. 

"Paşinyan, bizə yeddi şərt irəli sürdü, başına vurduq bütün o şərtləri"

Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan, bizə yeddi şərt irəli sürdü, başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi, rədd ol, çıx get və o şərtə əməl edildi. Güc hesabına, birlik hesabına, igidlərimiz hesabına, şəhidlərimiz hesabına. 

"Şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq"

Burada, işğaldan azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm, onların valideynlərinə təşəkkürümü bildirirəm ki, dövlətimiz üçün, xalqımız üçün belə igidlər yetişdiriblər. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Bütün yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm, əminəm ki, onlar tezliklə normal həyata qayıdacaqlar, onlar daim diqqət mərkəzində olacaqlar.

Bizim bütün hərbçilərimiz, Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik. İndi müvafiq göstərişlər verildi, planlı şəkildə bunu edəcəyik, beynəlxalq ekspertləri dəvət etmişik, onlar da gələcəklər. Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri - həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var. Hamısını icra edəcəyik, İnşallah, hamısını! Allahın köməyi ilə hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

x x x

Dövlətimizin başçısı sükan arxasında yolda gedərkən yol kənarına toplaşan insanları gördü və avtomobili saxlayaraq onlarla görüşdü.

x x x

"Vəhşi düşmən tərəfindən dağıdılmış evlərin hamısını bərpa edəcəyik"

Cəbrayıla gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyev dedi:

-Cəbrayıl rayonu. Gedirik Xudafərin körpüsünün yanına. Xudafərin körpüsü qabaqdadır.

Bu da Azərbaycan vətəndaşlarının vəhşi düşmən tərəfindən dağıdılmış evləridir.

Araz çayı, Azərbaycan-İran sərhədi. Dostluq sərhədidir.

Yol boyunca düşmənin dağıtdığı kəndləri görərkən bir daha şahidi oluruq ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın.

Bizim tarixi qələbəmiz erməni faşizmi üzərində əldə edilmiş qələbədir. Bizim zəfərimiz haqqın, ədalətin bərpasıdır. Bu gün, noyabrın 16-sı mənim həyatımda xüsusi tarix olaraq qalacaq. Çünki bir neçə dəqiqədən sonra biz qədim memarlıq abidəmiz olan Xudafərin körpüsünə yaxınlaşacağıq.

Bu dağlar artıq bizimdir, həmişə bizim olub. Ancaq 30 ilə yaxın düşmən bu dağlarda, bu torpaqlarda, bizim dədə-baba torpaqlarımızda oturub, bizə meydan oxuyub.

Vəhşi düşmən tərəfindən dağıdılmış evlərin hamısını bərpa edəcəyik.

Bu da Xudafərin su anbarıdır.

Bizdən aşağıda Araz çayıdır. İndi tunelə giririk. O tərəf qonşu dövlət İran İslam Respublikasıdır.

x x x

"Düşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir"

Dövlətimizin başçısı və birinci xanım Xudafərin körpüsünə gəldilər. Bu anlar da tariximizin səhifələrinə qızıl hərflərlə yazılacaq.

Prezident İlham Əliyev Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırdı. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Araz çayının sahilini gəzdilər, Xudafərin körpüsünün önündə xatirə şəkilləri çəkdirdilər.

Daha sonra dövlətimizin başçısı və birinci xanım Cəbrayıl şəhərinə yola düşdülər.

Cəbrayıl şəhərinə gedən yolun ətrafı da eyni vəziyyətdədir. Budur, erməni işğalçılarının çirkin üzü. Bu, erməni vandallarının əsl mahiyyətini ortaya qoyur, onların kimliyini göstərir.

Prezident İlham Əliyev: Cəbrayıl şəhərinə giririk. Düşmən burada özü üçün hərbi hissələr yaradıb. Şəhərdə hərbi hissələrdən başqa bir şey yoxdur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də işğaldan azad edilmiş Cəbrayıl şəhərinə gəldilər.

Xalqımızın uzun illər həsrətində olduğu anları yaşadıq. Dövlətimizin başçısı, Ali Baş Komandan Cəbrayıl şəhərində də üçrəngli bayrağımızı qaldırdı.

Prezident İlham Əliyev: Cəbrayıl şəhəri işğaldan azad edilib, Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Bütün Azərbaycan xalqını təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Gedək baxaq bəzi binalara.

Bura düşmənin polis idarəsi olub. İndi Azərbaycan polisi keşik çəkir.

Baxın, mənfur düşmən Cəbrayıl şəhərini nə günə salıb. Bütün dünya bunu görsün. Görsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, bundan sonra burada heç vaxt azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq. Hamısını bərpa edəcəyik, hamısını. Baxın nə günə qoyublar. Otuz il ərzində bu barədə hansısa bir beynəlxalq qurum bir məsələ qaldırıbmı? Burada monitorinq aparılıbmı? İndi bütün dünya görəcək Cəbrayıl şəhərini nə günə salıblar.

Bura Cəbrayıl şəhərinin mərkəzidir. Bir dənə də salamat bina yoxdur. Bir dənə də salamat bina qoymayıblar. Yalnız orada özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, binalar, məktəblər, ictimai binalar - hamısı düşmən tərəfindən sökülüb.

Cavab verəcəklər. Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir daha demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək, bütün ziyan hesablanacaq. Otuz il ərzində bizə vurulmuş ziyan hesablanacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək.

Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik.

Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq.

Yenə də Azərbaycan vətəndaşları burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar. Amma bugünkü tarix heç vaxt silinməyəcək. Erməni vəhşiliyinin canlı şahidləridir, bax, bu dağılmış evlər. Bu evlərdə Azərbaycan vətəndaşları yaşayıb, mülki vətəndaşlar yaşayıb. Mənfur düşmən gəlib onları öz torpaqlarından didərgin salıb, onların binalarını dağıdıb, onların əmlakını mənimsəyib, talayıb. Düşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub yaradanıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar.

Bərpa edəcəyik bunları, hamısını bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb. Heç bir beynəlxalq təşkilat təcavüzkara təzyiq göstərməyib. Heç kim onlardan tələb etməyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin. Sadəcə olaraq, nə hərb, nə sülh, hər şeyi dondurulmuş vəziyyətdə saxlamaq, işğalı əbədiləşdirmək, bizim tarixi torpaqlarımızın tarixi irsini silmək, torpaqlarımızı erməniləşdirmək, şəhərlərimizə, kəndlərimizə eybəcər erməni adları vermək və bu məsələni Azərbaycan xalqının yaddaşından silmək idi onların məqsədi. Amma səhv etdilər. Dəfələrlə demişəm ki, biz bu işğalla heç vaxt barışmayacağıq. Hər bir cəbrayıllı bir arzu ilə yaşayırdı ki, öz dədə-baba torpağına qayıtsın.

Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

635x100

Şərhlər

t.ədalət 2020-11-17 20:34:24

Xocalı cəlladları bu gün "sülhməramlı" adı altında yenidən Xankəndini tutub.Xocalıda qətl edilən əhalinin əksəriyyəti Rusiya hərbiçiləri tərəfindən məhvə məruz qalıb.5-10 erməni xocalıları məhv etmək gücünə malik ola bilməzdi.

Kaku 2020-11-17 18:48:21

Cenab prezident deyir hec bir status olmuyacaq polad bulbuloglu lavrovun tapsirigiyla deyir status olsun.bulbulun oglu bilerek xalqin qezebine tus geleceksen yenede satqinliq elemekden cekinmedin demeli sen xalq artisti olaraq bu xalqi dovleti saymirsan.torpaqlari nece dusmennen aldiqsa xainleri de vezifeden alaciyiq allahin izniyle

Son yazılar


Новости

Обзор на EPOS GTW 270 Hybrid

Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price