Putin və Ərdoğan arasında yüksək səviyyəli əməkdaşlıq müzakirəsi

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı “İŞİD” terrorçu qruplaşmasından gələn təhlükəni müzakirə ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilib.

Bundan başqa, prezidentlər ikitərəfli əməkdaşlıq, o cümlədən, ilin sonunda Türkiyədə keçiriləcək yüksək səviyyəli əməkdaşlıq Şurasının 5-ci toplantısına hazırlıq məsələlərini müzakirə ediblər.

Tərəflər Rusiya-Türkiyə iqtisadi-ticarət, həmçinin aqrar və yüksək texnologiyalar sahəsində əlaqələrin genişlənməsinin vacibliyini qeyd ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar