AXCP növbəti mərhələnin vəzifələrini müəyyənləşdirdi

Xalqı səfərbər etmək, Milli Şuranı gücləndirmək, demokratiyanı satan beynəlxalq çevrələri ifşa etmək

AXCP Ali Məclisi noyabrın 2-də növbəti sessiyasını keçirib. Ali Məclisinin gündəliyinə ictimia-siyasi vəziyyət və təşkilati məsələlər salınıb. Gündəlikdəki birinci məsələ barədə AXCP sədri Əli Kərimli məruzə edib.

Əli Kərimli seçkidən sonrakı durumu təhlil edib, saxtakarlığa xalqın və beynəlxalq birliyin olduğu kimi qiymət verməsi ilə hakimiyyətin çətin vəziyyətə düşməsindən danışıb.

AXCP sədri indiki mərhələdə partiyanın qarşısında duran vəzifələrdən bəhs edib. Bütün partiya strtukları qarşısında gəncləşmə və internetləşmə işinin prioritet olduğunu deyib.

Ə.Kərimli qeyd edib ki, beynəlxalq birlik seçkilərə obyektiv qiymət verməsi Azərbaycan xalqında onun fəal iştirakı olmadan dəyişikliklərin baş verəcəyi haqda illüziya yaratmamalıdır. Dəyişikliyin məhvəri xalqın özü olacaq. Bu baxımdan ciddi təşkilatlanma işi aparılmalıdır.

AXCP sədri qarşıda dura əsas vəzifələr kimi bunları sadalayıb:

Beynəlxalq aləmlə ciddi iş aparılmalı, Azərbaycan demokratlarının haqqını neftsevərlik, kürüsevərlək ucbatından satanlar axıra qədər ifşa edilməli, bu fəaliyyətə diaspor cəmiyyətləri cəlb olunmalıdır;

Azərbaycan cəmiyyətinin demək olar ki, bütün qrupları ilə avropa Birliyinə inteqrasiya tərəfdarı olduğu, lakin hakimiyyətin buna maraq göstərmədiyi və anti-Qərb kampaniyası apardığı həm daxildə, həm də beynəlxalq aləmdə geniş auditoriyalara çatdırılmalıdır. Avropa Birliyinin Vülnus sammitində Azərbaycanın demokratik düşərgəsindən nümayənələrin də iştirakına çalışmaq lazımdır;

Milli Şura qrounmalı və inkişaf etdirilməlidir. Buna görə də bu istiqamətdə qeyri-sağlam diskussiyalardan qaçmaq, təşkilatlanmaya dəstək verməl lazımdır.

Əli Kərimlinin məruzəsindən sonra müzakirələr aparılıb.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar