Milli Şuranın mitinqi başa çatdı -YENİLƏNİB, FOTOLAR

Milli Şuranın mitinqi aksiyanın qətnaməsinin oxunması ilə başa çatdı. Qətnaməni həbsdə olan vəkil İntiqam Əliyevin oğlu oxudu.Qətnamədə hakimiyyətdən siyasi məhbiusları azad etmək, demokratik islahatlar həyata keçirmək tələb olunur.

Mitinqdə son olaraq Milli Şuranın sədri Cəmil Həsənli çıxış etdi. Aksiyada iştirak edənləri salamlayan C.Həsənli vurğuladı ki, hakimiyyət həbsləri, repressiyanı çıxış yolu kimi görür. Hazırda həbsdə olanlar mübarizənin sinvoluna çevriliblər.

Cəmil Həsənli hakimiyəti siyasi məhbusarı tez bir zamanda azad etməyə çırıb. Milli Şuranın sədri mitinqdə təxribat törətməyə cəhd edildiyini, ancaq bunun qarşısının alımdığını bildirib.

AXCP sədrinin müavini Gözəl Bayramlı bildirdi ki, Azərbaycan xalqı bu repressiyaları hakimiyətə bagışlamayacaq.

"Xalqın qəzəbi bir gün püskürəcək və Əliyevlər rejımini yola salacaq", deyə G.Bayramlı vurğuladı.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzv Hacı Rövşən Əhmədli çıxışında vurğuladı ki, bu millət azadlıqsevərdir və sona qədər öz azadlığı üçün mübarizə aparacaq.

"Bura İŞİD bayrağı göndərənlər Talibanla YAP-ın bayrağını ya unudublar, ya da yolda itiriblər. Bu gün Kürdaxanıda azadlıq universiteti fəaliyyət göstərir. Ən işıqlı insanlar ordadır", deyə R.Əhmədli vurğuladı.

Azadliq" qəzetinin əməkdaşı, siyasi məhbus Seymur Həzinin atası Məşgul Həziyev siyasi məhbus ailələrinin adından çıxış etdi.

--

Çıxış edən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hakimiyyətin yürütdüyü repressiya siyasətini pislədi.

AXCP sədrinin ardınca Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Eldəniz Quliyev, Gültəkin Hacıbəyli çıxış etdi. Onlar da siyasi məhbuslara azadlıq tələb etdiler. Ayrı-ayrı siyasi məbhuslar haqda danışıb hakimiyyətin onlar həbs etməsini lənətlədilər.

-------

Mitinqdə AXCP sədri Əli Kərimli çıxış edib. Hakimiyyətin repressiya siyasətini kəskin tənqid edən Ə.Kərimli vurğulayıb ki, Leyla Yunusu, İlqar Məmmədovu, Hacı Tale Bağırzadəni həbsxanada da rahat buraxmırlar.

O, hökuməti ölkənin dəyərli insanlarını şərləyib tutmaqda ittiham edib.  Deyib ki,  AXCP-nin qərargahını partladıb sahibinin pulunu da vermirsiz: "Budurmu siyasi mübarizəniz? Sizin hakimiyyətə gəlməyiniz də, hakimiyyətdə qalmağınız da bu xalq üçün təbii fəlakət kim bir şeydir".

----------------------------

Mitinqdə İraq və Suriyadakı terror təşkilatının - "İslam Dövləti"nin bayrağı qaldırılıb. Azadlıq Radiosunun müxbiri xəbər verir ki, mitinq iştirakçıları həmin şəxsi meydançadan uzaqlaşdırıb, polisə təhvil veriblər. Polis həmin şəxsi naməlum istiqamətə aparıb.

Mitinqdə İslam Dövləti bayragını qaldıran 5 səxs aksiya iştirakçıları tərəfindən tutularaq polisə təhvil verilib.

----------------

 

 

Mitinqin başlanma vaxtına bir neçə dəqiqə qalmış polis aksiya iştirakçılarını stadiona buraxmağa başlayıb. Mitinqin təşkilatçıları tribunaya qalxıb.Tədbirin aparıçısı AXCP sədrinin müavini Əbülfəz Qurbanlıdır.Milli Şuranın lideri Cəmil Həsənli və koordinasiya şurasının üzvləri tribunadadır.

Milli Şuranın mitinqində Müsavat Partiyasını İsa Qəmbər və Arif Hacılı təmsil edirlər.Mitinqdə AXP sədri Pənah Hüseynin və müxalifət düşərgəsinin bir sıra tanınmış təmsilçilərinin də iştirak etdiyi bildirlir.

 

------------------------

Milli Şuranın mitinqınə qoşulmaq niyyətində olan vətəndaşlar tədbirin keçiriləcəyi əraziyə toplaşmağa başlayıblar.

Ancaq musavat.com-un n verdiyi məlumata görə, polis mitinqin başlanacağı vaxtdan əvvəl gələnləri "Məhsul" stadionuna buraxmayıb. Polis əməkdaşları bildiriblər ki, mitinq iştirakçıları stadiona tədbirin başlanma vaxtında - saat 15:00-da buraxılacaqlar.

--------

Bu gün Milli Şura “siyasi məhbuslara azadlıq” şüarı ilə aksiya keçirir. Mitinq icazəlidir. Bakı Şəhər İcra hakimiyyətiylə razılaşdırılıb.  Mitinqə müxallifət liderləri ilə yanaşı ziyalılar, gənc fəallar, siyasi məhbusların yaxınları və vəkilləri də qatılacaq.Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, siyasi və vicdan məhbuslarının sayı 105 nəfəri ötüb.Onun sözlərinə görə, mitinqin məqsədi "Azərbaycanın imicinə ziyan vuran repressiyalara yox deməkdir". Mitinqdən yeni məlumatlar veriləcək. Saytımızı izləyin.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar