“SİZ MƏNİM DƏYƏRLİMSİNİZ, AMMA ÖNCƏ VƏTƏNDİR!” - Şəhid Taleh İsmayılov + VİDEO

Bu gün şəhid hərbçimiz Taleh İsmayılov yaşasaydı, 34 yaşını qeyd edəcəkdi. Doğum günündə onun dostları, hərbçi yoldaşları da ailəni tək qoymayıb. Hamının ürəyi sözlərlə, xatirələrlə dolu olsa da, deyəcəyimiz bir nida var. Vətən sağ olsun! Vətəni yaşadan oğullar daim var olsun! Yanımızda olmasalar belə.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, T.İsmayılov övladlarının və övladlarımızın xoşbəxt gələcəyi naminə qanı bahasına da olsa qələbəni bizə bəxş edən qəhrəmanlardan biridir.

Lənkəran rayonunun Boladi kəndində doğulan şəhid hərbçimiz 2009-cu ildə ailə həyatı qurub və üç oğul atasıydı.

O, 2014-cü ildə Ağdam istiqamətində erməni diversiya qrupu tərəfindən bir neçə hərbiçimiz şəhid olduqda müddətdən artıq hərbi xidmətə yazılmaq qərarına gəlib. Aprel döyüşlərində iştirak edib. Vətən müharibəsinin ilk günlərindən də cəbhənin ən gərgin mövqelərində xidmət edib. Son dəfə ailəsi ilə danışanda Şuşa ətrafında olduqlarını söyləyib.

Şəhidin həyat yoldaşı Gülay İsmayılova bildirib ki, cəbhənin cənub istiqamətində işğaldan azad olunmuş bütün torpaqlara ayağı dəydi: "Sonuncu gün də Şuşada olanda elə danışırdı ki, ümumiyyətlə, elə bildim döyüş bitib. Artıq hər şeyin bitdiyini, qələbəni hiss etmişdi. O, qələbə çalmışdı. Şuşada olduğuna çox sevinirdi. “Həmişə məyus olardı ki, yoldaşlarım döyüşür, şəhid olur. Elə bil şəhidlik arzusunda idi. Deyirdi qorxmayasan. Uşaqları sənə, səni də Allaha əmanət edirəm, ağlamayasan. Sanki şəhid olacağını bilirdi. Deyərdi həmişə başı dik gəz. Fəxr elə. Sən bir hərbçi yoldaşısan. Başa düş ki, mən Vətənə aidəm, öncə Vətəndir”.


635x100

Şərhlər

Səbuhi 2020-11-27 09:33:08

ALLAH qəni qəni rəhmət eləsin Amin. ŞƏHİDLƏRİMİZ HAMISI BİZİMDİR, ONLAR YAŞAYIR. MƏN SƏNİNLƏ FƏXR EDİRƏM ŞƏHİD QARDAŞIM. SƏN TARİX YAZDIN.

Son yazılar