Arda Turan Hafiz Məmmədovun bankının reklamına çəkildi- VİDEO

Arda Turan Bakıda reklama çəkilib. Virtualaz.org-xəbər verir ki, türkiyəli ulduz futbolçu Arda Turan "Bank of Azerbaijan"nın reklamına çəkilib.

Qeyd edək ki, sayt səhvən adı çəkilən bankın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olduğunu bldirib. Ancaq "Bank of Azerbaijan"da Anar Məmmədova məxsus payın rəsmən satıldığı hələ bir müddət əvvl elan edilib. Onun payını atasının keçmiş şəriki, «Hafka» kimi tanınan Hafiz Məmmədov alıb.

Xatırladaq ki, «AzPolitika.info» hələ ötən ilin iyul ayında bu çür sövdələşmənin olduğu haqd məlumat vermişdi. Onu da qeyd etmişdik ki, həmin vaxt Ziya Məmmədov oğlu Anar Məmmədovun «Bank of Azərbaycan»dakı payı ilə yanaşı «Transoyl" şirkətini də Hafiz Məmmədovun adına keçirmək (və ya satmaq-müəl.) məcburiyyəində qalıb. Ona görə «məcburiyyəində qalıb» deyirik ki, nazirin ailə biznesnə daxil olan bu təsisatlar- istər «Transoyl», istərsə də «Bank of Azərbaycan» yüksək gəlirlə işləyirdi.

Bir müddət sonra isə nazirin daha bir ailə şirkətinin- «Transqeyt» də Hafiz Məmmədova verilməsi isə, nəqliyyat sektotunda toplanan pullara nəzarətin Ziya Məmmədovdan alınaraq «Hafka»ya verildiyini ortaya çıxardı.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar