"Müsavatçılara İqbal Ağazadənin çıxışını dinlətmək siyasi riyakarlıqdır"

Müsavatın Gənclər Təşkilatının sədri partiyadan istefa verir

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əhliman Abbas partiyadan istefa verəcəyini açıqlayıb. APA-nın məlumatına görə, o, bu barədə özünün “facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Ə. Abbas istefa haqqında qərarının partiyadaxili qarşıdurmalar və qurultaydan sonrakı vəziyyətlə bağlı olduğunu bildirib. O, 2013-cü ilin noyabrından Müsavat Gənclər Təşkilatına sədrlik etdiyini, hazırda partiyadan ayrılmaqla bağlı qərarı olduğunu, gələn həftənin ortasına kimi ayrılmaqla bağlı rəsmi prosedurları yekunlaşdıracağını qeyd edib.

Əhliman Abbas istefa səbəblərini partiya içindəki “siyasi səviyyəsiz, qaragüruh qanadın hegemonluq qazanması” nəticəsində Müsavatda normal siyasi fəaliyyətin mümkünsüz vəziyyətdə olmadı ilə əlaqələndirib: “Bu qanadın böhtançı, mədəniyyətdən, insanlıqdan kənar, intriqaya, səmərəsiz gərginliklərə meylli davranışlarının nəticəsi olaraq vaxtilə nəhəng bir partiya olan Müsavat bir xeyli ziyalı, nüfuzlu insanın partiyadan ayrılması ilə siyasi ömrünün qaranlıq vaxtlarını yaşayır. Bu qanadın əxlaq və insani dəyərləri unutmasının pik nöqtəsi partiyanın 8-ci qurultayı ərəfəsində baş verdi. Mətbuatdan ictimaiyyətin xəbərdar olduğu kimi açıq ya da gizli şəkildə sosial şəbəkələrdə rəhbərləri və ilham mənbələri olduğu şəxslər tərəfindən böhtanla, təhqirlərlə, hikkə ilə silahlandırılmış bu şəxslər özlərindən fərqli olan hər kəsə qarşı linç kampaniyası qurmağa çalışırlar. Qeyri-demokratik seçkilər (əslində təyinat) sonrası bu adamların partiya rəhbərliyini ələ keçirməsi ilə sıraladığım siyasi xəttin partiyanın rəsmi xətti olması mənim qərarıma təsir edən faktorlardan biridir”.

O, Müsavat Partiyasını mövqeyini dəyişməkdə ittiham edib: “Partiyanın müxtəlif səviyyələrində açıq və gizli şəkildə olan narahatçılıqlara baxmayaraq prinsipial müxalifətçilik mövqeyindən sapdığı aydındır”.

“Bu gün Müsavat partiyasını Əli Əliyevin, Əhməd Orucun və sairə hökumətin oyuncağı olan siyasi partiyaların tərəfinə dartılıb aparılır və artıq bizim buna qarşı durmaq imkanımız yoxdur. Əgər bir neçə il bundan öncə İqbal Ağazadə ilə müttəfiqlik onun hökumətə bağlı olması səbəbi irəli sürülərək etiraz edilirdisə, bu gün müsavatçılara onun çıxışını dinlətmək siyasi riyakarlıqdır. Səmimi şəkildə mübarizəyə qoşulmuş insanların üzərindən siyasi biznes qurulması prosesində hesab edirəm ki, iştirak etmək mənim öz dəyərlərimə xəyanətim olardı”-deyə, Ə. Abbaslı bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar