Ölən zəvvarların adları bilindi - Yenilənib

Yaralanan şəxslərin 10 nəfərdən artıq olduğu bildirilir

Fövqəladə Hallar Nazirliyi Azərbaycandan İran İslam respublikasının Məşəd şəhərinə gedərkən aşan zəvvar avtobusu ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Biləsuvar rayonu Bakı-Astara yolunun 91-ci kilometrliyində sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayyət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə olan 33 nəfər sərnişinin 3 nəfəri (kişi) aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 10 nəfəri isə müxtəlif bədən xəsarətləri alıblar.

Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtobusdan çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.

Əməliyyat saat 07:30-da başa çatıb. İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb kimi sürücünün sükan arxasında yuxulaması göstərilir.

* * *

Qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub

Bu gün səhər saatlarında Ələt-Astara magistralının 91-ci kilometrliyində, yolun Biləsuvar rayonunun ərazisindən keçən hissəsində qeydə alınan qəzada ölənlərin kimliyi bilinib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, avtobusda olan sərnişinlərin əksəriyyəti Neftçala rayonunun Xıllı qəsəbəsindən Məşhəd ziyarətinə gedən zəvvarlar olub. İran İslam respublaksı vətəndaşı Fajir Nağı oğlu Fariborun idarə etdiyi iri tutumlu sərnişin avtobusu sozü gedən ərazidə sərt döngədə anidən idarəetməni itirib. Və aşaraq yol kənarına düşüb. Nəticədə aşan avtobus ciddi zədələnərək yararsız hala düşüb. Qəza nəticəsində Neftçalanın Xıllı qəsəbəsi sakinləri-53 yaşlı Afət Məhərrəmov, 55 yaşlı Elşad Məmmədov və 62 yaşlı Təbib Məmmədov hadisə yerindəcə keçinib. 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə cəlb edilən təcili yardım maşnları ilə xəsarət alanlar dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Qəzanın sürücünün sükan arxasında yatması səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar