"Emin Hüseynov hələ də Bakıdakı səfirlikdə gizlənir" - Mehman Əliyev

“Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun yaradılmasının təşəbbüskarı mən olmuşam. Bu təşkilat jurnalistlərin hüquqlarını qorumalı idi.

Lakin çoxları hələ də səhvən belə fikirləşir ki, mən bu təşkilata və onun rəhbəri Emin Hüseynova gizli şəkildə, pərdə arxasından təsir göstərmişəm. Əsla belə deyil”.

Virtualaz.org saytı xəbər verir ki, bu sözləri “EaP Media Freedom Watch”a müsahibəsində “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev eyib.

Rəhbərlik etdiyi institutuda aparılmış axtarışdan bir neçə saat əvvəl gizlənməyə macal tapan RATİ sədri Emin Hüseynovun taleyi, onun harada olması ilə bağlı sualı cavablandıran M.Əliyev bildirib ki, onda olan məlumata görə, E.Hüseynov Bakıdakı səfirliklərin birində gizlənməkdə davam edir: “Görünür, Azərbaycan hakimiyyəti ilə bu mövzuda hansısa ağır və gərgin məsləhətləşmələr gedir. Mən bu məsləhətləşmələrin mahiyyəti barədə məlumatlı deyiləm”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar