DEYƏSƏN, RUS AYISI ÜZƏ BİLİRMİŞ! - "Bu gəmilərdən atılan raketlər ABŞ-ın istənilən nöqtəsini..."

ABŞ-ın "The National İnterest" jurnalı “Deyəsən, rus ayısı üzə bilirmiş!” adlı məqaləsində Rusiyanın Hərbi Dəniz Gücünü təhlil edib. AzPolitika.info maraqlı məqalənin tərcüməsini təqdim edir.

Dağılmamışdan əvvəl Sovet İttifaqı dünyanın ən böyük Hərbi Dəniz Gücünə malik idi. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra, irsi olaraq Rusiya Sovet donanmasının böyük bir hissəsinə yiyələnmiş oldu. Bu Rusiya üçün heç də uğur sayıla biləcək hadisə deyildi. Ona görə ki, onun iqtisadiyyatı böyük donanma saxlayacaq səviyyəyə uyğun gəlmirdi. Bir çox gəmilərdən, təyyarələrdən və sualtı qayıqlardan yaxa qurtarmaq lazım idi, əks təqdirdə onların əksəriyyəti sadəcə olaraq limanlarda paslanaraq məhv olacaqdı. Başqa silah növlərində olduğu kimi, 25 ildən sonra Rusiya donanmasında da köhnə və yeni silahların qarışığından ibarət bir vəziyyət yaranıb. Hal-hazırda rus donanmasının cərgələrinə yeni gəmilər də daxil olur. Bütün bunları nəzərə alaraq Rusiya döyüş silahlarının su üzərindəki yeni texnikası ilə sizləri tanış etmək istərdim.

“Borrey”sinfindən olan raket daşıyan sualtı qayıqlar

Rusiyanın strateji məqsədələr üçün nəzərdə tutduğu raket daşıyan atom sualtı donanması mürəkkəb vəziyyətdədir. Sovet İttifaqının dağılmasından sonra bu istiqamətdə bir ədəd də olsun yeni gəmi inşa edilərək istifadəyə verilməyib. İstifadədə olanların əksəriyyəti isə 1980-ci illərdən qalma köhnə gəmilərdir. Rusiya Hərbi Dəniz Donanmasının (HDD) sıralarına yalnız bir ağır atom sualtı qayığı olan “Novomoskovsk” adlı gəmi 1992-ci ildə daxil olub. Ən bərbad vəziyyət isə Sakit Okean donanmasındadır. Oradakı donanmanın əsası “Delta III” sinfindən olan və 1979-1982-ci illərdə hazırlanmış sulatı qayıqlardan ibarətdir.

”Borey” sinfindən olan və ballistik nüvə raketləri ilə təchiz edilmiş sualtı qayıqlardan başlayaq. Su basımı 14700 ton olan “Borey” başqa bir ”Tayfun” sinifli nəhəng submarınalardan kiçıkdir. Rusiya səkkiz ədəd ”Borey” sinfindən olan yeni sualtı qayığın tikilməsini planlaşdırır və onlar hal-hazırda istifadə edilən “Delta III”, ”Delta IV”və “Tayfun”-u əvəz edəcəklər. Həmin sualtı qayıqların dördü Şimal donanmasına, dördü isə Sakit Okean donanmasının ixtiyarına veriləcək.

“Borey” sinfindən olan sualtı qayıqların hazırlanması proqramına soyuq müharibənin sonunda başlansa da, bu iş maliyyə çatışmamazlığı üzündən təxirə salınmışdı. Nəhayət, ilk submarina “Yuriy Dolgorukiy” 10 yanvar 2013-cü ildə Rusiya Hərbi Dəniz Donanmasının sıralarına qəbul edildi. ”Borey” sinfinə məxsus olan “Yuriy Dolqorukiy” sualtı qayığında 16 ballistik ”Bulava” raketləri yerləşdirilməsi nəzərdə tutulur. ”Missile Threat” saytının məlumatına görə, həmin raketlərin fəaliyyət radiusu 8300 kilometrə qədərdir. Bu isə o deməkdir ki, Barens və Oxot dənizində Rusiya donanmasının gizlətdiyi “Borey” sinfindən olan sualtı qayıqlardan atılan raketlər ABŞ-ın kontinental hissəsinin istənilən nöqtəsinə zərbə vura bilər. "Bulava” raketlərinin işlənib-hazırlanmasının gedişində çox mürəkkəb dövr yaşanıb. Belə ki, müxtəlif sınaq müddətlərində bu raketlərin 21 atəşinin 40%-indən çoxu müvəffəqiyyətsizliklə nəticələnmişdi. Ən müvəffəqiyyətli atış sınağı isə bu ilin sentyabr ayının əvvəlində "Vladimir Monamax” sualtı qayığından həyata keçirilib. Görünür ki, “Bulava” raketinin etibarlılıq problemi tam şəkildə həll edilməyənədək, “Yuri Dolqorukiy” silahsız qalmalı olacaq.

“Yasen” sinfindən olan sualtı qayıqlar

İki sualtı qayıq - “Severodvinsk” və “Kazan” artıq inşa edilib və bir neçə bu cür “raketdaşıyanların” hazırlanması prosesi davam edir. Dünyada ”Yasen” sinfindən olan sualtı qayıqlar daha müasir sayılır. Verilən məlumatlara əsasən, onların gəmi heyəti 90 nəfərdən ibarət olacaq və burada yüksək avtomatlaşdırma həyata keçiriləcək. 200 meqavatlıq nüvə reaktoru bu submarinin sürətini saatda 35-40 dəniz milinədək (bir dəniz mili 1852 metrdir) qaldırmalıdır. Onların “az səsli operativ sürətləri” 20 dəniz mili qədərdir və təchizat baxımından həmin qayıqlar ”İrtış-Amfora” sferik fazalı hidroakustik komplekslər vasitəsilə rəqibin aktiv müşahidə olunması prosesini həyata keçirə bilirlər. Amerikanların “USS Virgina” sifindən olan submarınaları kimi “Yasen”-də vertikal raket atəşi şaxtasına malikdir və onların qanadlı raketləri atəşləmək qabiliyyəti də var. Çox güman ki, bu şaxtalarda “SS-N-26” və ya "SS-N-21 Qranat” raketləri yerləşdirilib. Digər yandan bu qayıqda olan “Oniks” “SS-N-26” raketləri dəqiq hərbi reaktiv mühərriklərlə təchiz edilib və onlar müəyyən edilmiş aşağı hündürlükdə dəniz üzərindən uçüş həyata keçirə bilərlər. Hərəkət radiusu 120 kilometrə qədər olan bu gəmilər əleyhinə raket 200 kiloqramlıq döyüş başlığı ilə təchiz edilib. "Qranat” qanadlı raketləri yerdəki hədəfləri vurmaq üçün nəzərdə tutulub və onlar 2500 kilometr hərəkət radiusuna malik olan “Tomaqavk” raketlərinə oxşayır. Rusiyada inşa edilən ilk gəmiləri həmişə əvvəl Şimal Donanmasına verirlər və onlar özlərini tam doğrultduqdan sonra Sakit Okean donanmasına da göndərirlər. Amma əgər sınaqdan çıxarılmış “Severodvinsk” sualtı qayığı haqqında dərc edilmiş hesabat məlumatlarına inansaq, deməli onda belə alınır ki, yaxın dövrlərdə Sakit Okean donanması“Yasen”qayıqlarını yəqin ki, görməyəcək.

“Böyük Pyotr” ağır atom kreyseri

1980-ci illərdə Sovet İttifaqı “Kirov” sinfindən olan üç atom kreyseri inşa edərək istifadəyə vermişdı. Bu üç ən böyük su üstü gəmilərin su basımı 24.000 tondur. Onlardan biri olan “Kirov” atom kreyseri artıq köhnəlib və o utilizasiya üçün metal tullantılarına veriləcək. ”Admiral Naximov” modernləşmə prosesini qurtardıqdan sonra öz xidmətini davam etdirəcək. ”Böyük Pyotr” kreyseri isə hal-hazırda tam fəaliyyətdədir.

“Kirov” sinfindən olan gəmilər əsas döyüş silahı kimi 20 ədəd gəmi əleyhinə P-700 ”Qranit” raketləri ilə təchiz olunublar. ”Qranit” raketləri böyük gəmiləri məhv etmək üçün nəzərdə tutulur. Uzunluğu 10 metr olan bu raketin uçuş radiusu 500 kilometr, sürəti isə saatda 2700 kilometrə bərabərdir. P-700 raketlərinə 750 kiloqramlıq adi döyüş başlığı və ya 500 kilotonluq nüvə başlığı quraşdırılır. Qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsi zamanı yüksək sürətə malik olan bu gəmilər onu müşahidə edən düşmən gəmilərindən çox tez uzaqlaşa bilərlər. Sovet mühəndisləri onu hava hücumundan müdafiə sistemləri ilə də təchiz ediblər. ”Böyük Pyotr” öz gövdəsində “C-300” zenit-raket qurğusunun ekvivalenti olan 42 ədəd “C-300 FM” tipli raketlər daşıyır. RİA Novosti agentliyinin məlumatına əsasən, “Böyük Pyotr” balistik raketlər vasitəsilə düşmənə hücum edə bilən yeganə Rus gəmisidir. Yaxın məsafəli döyüşlər üçün “Böyük Pyotr” "CA-15 Tor” zenit-raket kompeksindən olan 128 ədəd raketlə və həmçinin yaxın radiuslu hədəfləri vurmaq məqsədi ilə 5 ədəd “Kaştan” raketləri ilə təchiz olunub.

“Admiral Kuznetsov” aviadaşıyan gəmisi

“Sovet İttifaqı donanma admiralı Kuznetsov” yeganə Rusiya aviadaşıyanıdır. Sovet konstruktorları bu layihə üzərində hələ 1974-cü ildən işləməyə başlamışdılar. Bu gəmi hazırda Ukrayna ərazisində yerləşən Nikolayev verfində 1985-ci ildə inşa edilib. Sovet İttifaqının dağılmasından sonra bu aviadaşıyan gəmi Rusiyanın Şimal donanmasının tərkibində qatılıb. ”AdmiraL Kuznetsov"un su basımı 50.000 tondur və bu göstərici amerikanların “Nimitz” sinfindən olan aviadaşıyanlarının təxminən yarısı qədərdir. ”Admiral Kuznetsov"un göyərtəsində təyyarələrin rahat şəklildə qalxması üçün 15 dərəcəli bucağa malik olan tranpilin və eniş zamanı təyyarələri saxlamaq üçün dörd “aerofiniş” trosu vardır. İki böyük lift təyyarələrin anqarla uçuş göyərtəsi arasında hərəkətini təmin edir. İkin olaraq ”Admiral Kuznetsov"un gövdəsində 52 təyyarənin yerləşdirlməsi nəzərdə tutulsa da, hazırda buradakı təyyarələrin sayı xeyli azdır. Bu gün “Admiral Kuznetsov"un aviasiya qrupu 18 ədəd “Su-33”, 4 ədəd “Su-25” qırıcıları, 15 ədəd “KA-27” vertolyotundan ibarətdir. Həmin aviadaşıyanın bortunda xeyli sayda müxtəif silahlar da mövcuddur və belə silahlardan biri olan 12 ədəd “P-700” raketləri gəminin burun hissəsinin şaxtasında start mövqeyində yerləşdirilib. Bunlardan əlavə “Admiral Kuznetsov"un bortunda uzaq məsafəli hədəfləri vurmaq üçün 29 ədəd “SA-N-9” (Kinjal) və yaxın məsafəli hədəfləri məhv etməkdən ötrü səkkiz “Kaştan” zenit-raket kompleksi, altı “AK-630” zenit- artileriya qurğusu var.

“Admiral Kuznetsov” aviadaşıyanının güc qurğusunda (mühərrik) çox ciddi problemlər mövcuddur. Geniş şəkildə modernləşdirmə proqramının planlaşdırılması və yeni mühərrikin quraşdırılması üçün “P-700” raketlərinin götürülməsi məqsədi ilə həyata keçiriləcək rekonstruksiya işlərinə isə hələlik vəsait ayrılmayıb. Çox böyük ehtimalla modernləşdirilmə həyata keçirilməyəcəyi halda bu gəminin xidmət vaxtı ola bilər ki, 2020-ci ildə sona çatsın. ”Admiral Kuznetsov” sinfinə məxsus olan digər bir aviadaşıyan ”Varyaq” isə çinlilərə satılmışdı. Çin hökuməti həmin gəmi üzərində müvaffiq yenilənmə apardıqdan sonra onu ”Lyaonin” adı ilə istifadəyə verib.

Okean buksirləri

Rusiya Hərbi Dəniz Qüvvələrinin heyətində ən mühüm gəmilər sırasına okendakı xilasetmə buksirləri də daxildir. Rusiya Hərbi Dəniz Donanmasının (HDD) haraya göndərilməsindən asılı olmayaraq, onları mütləq şəkildə daima digər iki gəmi - yanacaq tankeri və okean buksiri müşahidə edir. Bu etibarlılıq məsələsidir. Artıq Rusiya gəmilərinin çoxu köhnəlib və onların güc qurğuları (mühərrik) 30 ilə yaxın bir müddət ərzində çalışdıqları üçün heç də etibarlı sayılmırlar. Yəqin ki, yeni və etibarlı güc qurğularına malik olan iri su üstü gəmilər istifadəyə verilməyənədək okean buksirləri Rusiya Donanmasının əsas tərkib hissəsi kimi fəaliyyətlərini davam etdirəcəklər.

Tərcümə etdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar