Bu gün Ziya Məmmədovla bağlı məhkəmə var

Paytaxtda yolların genişləndirilməsi və yeni yolların tikilməsi illə əlaqədar Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinə qarşı verilmiş 1.719.000 manatlıq şikayət üzrə bu həftə məhkəmə qətnaməsi elan ediləcək.

Bu barədə mia.az-a daxil olan məlumata görə, Nəqliyyat Nazirliyin «Adil» firmasının sərəncamında olan və Bakı şəhəri Nizami rayonu, Koroğlu (keçmiş Əzizbəyov) metro stansiyasının yaxınlığında 955 kv.metr torpaq sahəsi ilə bağlı mübahisəyə Bakı Apellyasiya Məhkəməsində noyabrın 4-də baxılacaq: «Firma rəhbərliyin yolların genişləndirilməsi və yeni yolların tikilməsi ilə bağlı nazirlik tərəfindən zəbt olunan torpaqsahəsinin əvəzinə 1.719.000 (Bir milyon yeddi yüz on doqquz) manat kompensasiya verilməsindən bəhs edən iddiasına 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Hazırda həmin məhkəmənin qətnaməsindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Valeh Ağayevin sədrliyi ilə araşdırılır. Bu iş üzrə hakim bir neçə proses keçirib. Noyabrın 4-də isə hakimin iş üzrə qərarını elan edəcəyi gözlənilir».

Onu da qeyd edək ki, «Adil» firmasının rəhbərliyi Nəqliyyat Nazirliyi ilə yanaşı, Bakı şəhər və Nizami rayon icra hakimiyyətləri ilə bərabər, Maliyyə Nazirliyini də üçüncü şəxs qismində proseslərə cəlb etdirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar