Milli Şuranın London səfəri təxirə salındı

Milli Şuranın bu həftənin sonunda həyata keçirməyi planlaşdırdığı London səfəri təxirə salınıb.

Bu barədə AzNews.az-a Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli özü məlumat verib.

C.Həsənli bildirib ki, səfərin ayın neçəsinə təxirə salındığı barədə onda dəqiq məlumat olmasa da, London səfərinin sentyabrın ikinci ongünlüyünə ertlənməsi dəqiqdi. MŞ-in vahid namizədinin sözlərinə görə, səfərin ayın neçəsində gerçəkləşdiriləcəyi Milli Şurada bu işə məsul olan şəxslər yaxın günlərdə dəqiq tarix açıqlanacaq.

Qeyd edək ki, Milli Şura üzvlərinin sentyabrın 8-11-i aralığında İngiltərənin paytaxtı Londona səfər edəcəyi bildirilirdi. Səfərdə MŞ-in prezidentliyə namizədi Cəmil Həsənli, Müsavat başqanı İsa Qəmbər, “El” sədri Eldar Namazov və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının iştirak edəcəyi gözlənilirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar