“Arif Hacılı və Əvəz Temirxanın söylədikləri xırda məsələlərdir” -  Cəmil Həsənli 

Milli Şuranın prezidentliyə sabiq namizədi Cəmil Həsənli Müsavat Partiyası və Liberal Partiyası arasındakı qalmaqalda üçüncü tərəf olmaq istəmir.

Cəmil Həsənli APA-ya açıqlamasında bildirib ki, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və Liberal Partiyanın sədri Əvəz Temirxanın söylədiklərinin hamısı xırda məsələlərdir, üçüncü bir söz demək niyyətində deyil.

Qeyd edək ki, Əvəz Temirxan APA-ya açıqlamasında Cəmil Həsənlinin Seçki Qərargahının rəhbəri olmuş Arif Hacılının Liberal Partiyanın təmsilçilərinin prezidentliyə namizədin vəkili kimi sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə mane olduğunu bildirib. Əvəz Temirxan Cəmil Həsənlinin bununla bağlı iki dəfə Arif Hacılıya zəng açsa da, Arif Hacılının onun xahişlərini də yerinə yetirmədiyini söyləyib. Arif Hacılı isə Liberal Partiyanın seçki kampaniyası dönəmində hər hansı xidmətini təklif etmədiyini, yalnız Cəmil Həsənlinin Qubada görüşünün təşkilində iştirak etdiyini açıqlayıb.

Cəmil Həsənli isə deyib ki, artıq seçki və digər məsələlər arxada qalıb və qabağa baxmağı vacib sayır. Liberal Partiya və onun lideri Lalə Şövkətin seçki kampaniyası dövründə fəaliyyəti, onun təbliğatında nə dərəcədə iştirak edib-etməmələri barədə sualı cavablandırmaq istəməyən Cəmil Həsənli gələcəkdə Liberal Partiya və Lalə Şövkətlə əməkdaşlığı da istisna etməyib: “ Ölkədə azad, ədalətli, demokratik cəmiyyət qurulmasına dəstək olan bütün qüvvələrlə əməkdaşlıq olacaq”.

Cəmil Həsənli Milli Şurada həmsədrlik institutu yaradılması və həmsədr seçilməsi barədə təklifə də münasibət bildirib. Onun sözlərinə görə, bu məsələyə Milli Şuranın qarşıdakı sessiyasında aydınlıq gələcək: “Milli Şura üzvləri statusumu necə uyğun görsələr, elə də olmalıdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar