Türkiyə Mərkəzi Asiyada qüvvələr balansını dəyişir - İslamabad bəyannaməsi ilə...

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin “məhsullarını toplamaqda” davam edir. Bu münaqişə 2020-ci ilin 10 noyabrında Rusiyanın vasitəçiliyi ilə atəşin dayandırılması barədə sazişin imzalanması ilə başa çatdı. Türkiyə Cənubi Qafqazda hərbi kontingentini saxladı və Mərkəzi Asiyanı bölgə ilə birləşdirən İran sərhədləri boyunca quru dəhlizə giriş əldə etdi. Dağlıq Qarabağ münaqişəsindən sonra, Mərkəzi Asiya bölgəsində qüvvələr balansının dəyişməsi müşahidə olunur və yeni geopolitik üfüqlər yaranır.

13 yanvar 2021-ci ildə İslamabadda Türkiyə, Azərbaycan və Pakistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü baş tutub. Bu görüş Türkiyənin Mərkəzi Asiyaya qayıdışının strateji marağının göstəricisi oldu. Bu bölgədə yaxın vaxtlara qədər praktiki olaraq, Türkiyənin fəaliyyəti geosiyasi çətinliklər və təhlükəsizlik problemləri səbəbilə, yox səviyyəsində idi.

İranla strateji qarşıdurma, bölgədə təhlükəsizlik problemləri, İŞİD-in və «Taliban»ın rolunun güclənməsi, İraqdakı və Suriyadakı vəziyyət, «Taliban»la Əfqanıstan hökuməti arasında sülh sazişi, Əfqanıstanda ABŞ hərbi kontingentinin sayının ixtisarı və Cənubi Qafqazda yeni gərginlik ocağının yaranması Türkiyəni qəti fəaliyyətə keçməyə itələdi. Beləliklə, «İslamabad bəyannaməsi» meydana gəldi.

«İslamabad bəyannaməsi» 30 noyabr 2017-ci il tarixində Bakıda keçirilmiş üçtərəfli görüşlə ortaya çıxan əməkdaşlığın qarşılıqlı maraq kəsb edən bütün sahələrdə, o cümlədən, siyasi, strateji, ticarət və iqtisadiyyat sahəsində, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, elm və texnologiya, mədəni səviyyələrdə əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Türkiyə, Azərbaycan və Pakistan saysız çağırışları və yeni təhdidləri, məqsədli teraktlar və kiberhücumlar, dezinformasiya və artan anti-islam tendensiyaları da daxil, anlayır ki, bütün bunlar dünyanın bir çox ölkələrdə müsəlman icmalarının sülh şəraitində yaşamasına təsir göstərir.

«İslamabad bəyannaməsi» bir sıra vəziyyətləri təklif edir ki, bunlar hər üç tərəfin marağındadır - onların içərisində ən diqqt çəkənləri aşağıdakılardır:

- Epidemiyanın miqyaslı nəticələrinin tam dərk olunması və uyğun bölgələrin iqlim dəyişikliyinin neqativ nəticələri qarşısında zəif tərəfləri;

- İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətindəki səylər çərçivəsində Azərbaycan hökuməti və xalqı ilə həmrəylik;

- Sülh və inkişaf üçün bölgəsel konsensusun möhkəmləndirilməsinə sadiqliyin təsdiqi;

- Tərəflər islamofobiya ilə mübarizədə, bölgəsel və beynəlxaq səviyyələrdə müsəlman icmalarının sıxışdırılmasına qarşı birgə səylər göstərməyə razılaşıblar;

- Tərəflər qeyd ediblər ki, 5 dekabr 2015-ci ildə işə salınmış «Asiyanın ürəyi - İstanbul prosesi» adlı bölgəsel təşəbbüs sülhə, sabitliyə və Əfqanıstanda və bölgədə çiçəklənməyə töhfə verəcək. Onlar Pakistan hökumətinin bölgədəki problemlərin siyasi vasitələrlə həlli və sülh prosesində Əfqanıstan hökumətinə dəstək verilməsi istiqamətindəki səylərini yüksək qiymətləndiriblər;

- Tərəflər eləcə də Egey dənizində və Şərqi Aralıq dənizindəki problemlərin tənzimlənməsinin beynəlxalq hüquqa uyğun olaraq, dəstəklənməsi barədə qərar qəbul ediblər.

Türkiyənin, Azərbaycanın və Pakistanın Xarici İşlər nazirləri tərəfindən imzalanmış bəyannamədə bu ölkələri birləşdirən qardaşlığa, tərixi və mədəni əlaqələrə, qarşılıqlı hörmətə və inama əsaslanan səmimi bağlara vurğu olunur. Həm də qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlığın gələcəkdə də dərinləşməsinə canatma ifadə olunur.

Türkiyə bölgədəki ölkələrin güclü geopolitik qarşılıqlı fəaliyyəti səbəbilə, yeni minilliyin astanasına çatıb. Yaxın Şərqdən və Şimali Afrikadan başqa, Mərkəzi Asiya əhəmiyyət etibarilə mühüm coğrafi vəziyyətinə görə, üçünü bölgəyə çevrilib (Cənub-Şərqi Asiyaya, Balkanlara və Qafqaza yol açır). Sovet İttifaqının dağılmasından sonra, bu bölgələrdə hakimiyyət vakkumu müşahidə olunur. Bir çox dünya gücləri heç də bu boşluğu doldura bilməyib - nə Rusiya özünün sovet keçmişi ilə, nə İran və onun «inqilab ixracı siyasəti», nə də Çin özünün iqtisadi gücü ilə. Məhz bu, bölgənin ölkələri və xalqları ilə siyasi əlaqələr qurmaqda Türkiyəyə kömək edib.

Türkiyə hesab edir ki, Mərkəzi Asiya bölgəsinə «İslamabad bəyannaməsi» vasitəsilə qayıtmaq burada qüvvələr balansını bir neçə istiqamətdə dəyişəcək.

«Noonpost» nəşri (Misir)

Ruscadan çevirdi: Mirzə AĞ

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar