Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu ötüb

Dünya üzrə koronavirusa yoluxanların ümumi sayı 100 136 057 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 2 145 507 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə koronavirus pandemiyasının statistikasını aparan “Worldometer” saytı məlumat yayıb.

Qeyd olunub ki, infeksiyaya yoluxan 72 076 108 pasiyent sağalıb.

Hazırda koronavirusdan 25 912 568 nəfər müalicə alır, 110 692 pasiyentin vəziyyəti ağırdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar