Azərbaycan gənci Ermənistanda qol götürüb oynadı - Video

“Erməni qızları hamısı mənimlə oynamaq istəyirdi”

Bu yaxınlarda Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı bir tədbir çərçivəsində Ermənistanda səfərdə olub. Tədbir iştirakçılarına İrəvan restoranlarının birində verilən ziyafətdə R. Hacılı ermənilərlə Azərbaycan milli rəqslərindən birini oynayıb. Onun bu rəqsinin video görüntüləri youtube kanalına da yerləşdirilib.

R. Hacılı lent.az-a müsahibəsində də bu haqda danışmışdı: “Çıxışım xətirlərinə dəymişdi. Axşam getdik bahalı bir restorana. İçki təklif elədilər, içməsəm yenə xətirlərinə dəyəcəkdi. Avropalılar da baxır... Təbii ki, o yaşda, o başda deyilik ki, o qədər içək ki, problem olsun. O arada da musiqilər gedir. Dedim ki, bu Azərbaycan musiqisidir. Onlar dedi yox, erməni musiqisidir. Dedim ki, gəlin oynayaq, mən yaxşı oynasam Azərbaycan musiqisidir, siz yaxşı oynasaz, erməni musiqisi və mən onların hamısından yaxşı oynadım. Çünki erməni qızları hamısı mənimlə oynamaq istəyirdi”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar