Deputat xalası oğlunun həbs xəbərindən danışdı

Azərbaycan Milli Məclisinin deputatı Əsabil Qasımov onun xalası oğlu, iş adamı Qərib Əmiraslanovu Avropa həbs etdirməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Deputat APA-ya açıqlamasında bildirib ki, heç kimi heç harada həbs etdirməyib və deyilənlər doğru deyil. Onun sözlərinə görə, qohumunun ondan külli miqdarda pul oğurlaması faktı da həqiqətə uyğun deyil.

Qeyd edək ki, bir sıra mətbuat orqanlarında deputat Ə.Qasımovun şikayəti əsasında xalası oğlu Q.Əmiraslanovun hüquq mühafizə orqanları tərəfindən Avropada saxlanaraq ölkəyə gətirildiyi bildirilir. Ə.Qasımovun bu addımı atmasına səbəb isə sahibi olduğu “Karat Holdinq”in inşa etdirdiyi çoxmərtəbəli binalarda qohumu tərəfindən mənzillərin gizli satılması olduğu deyilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar