Şəki məhkəməsi polis mühasirəsində (FOTO)

Bu gün Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublunun və REAL Hərəkatının sədri İlqar Məmmədovun məhkəmə-hazırlıq iclası keçirilib. Proses Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilir.

Xatırladaq ki, Tofiq Yaqublu və İlqar Məmmədov Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların yanğınların törədilməsi əmlakın məhv edilməsi, hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərməklə müşayiət olunan kütləvi iğtişaşlar törətmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndələrinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddələri ilə ittiham irəli sürülüb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin binası polis tərəfindən mühasirəyə alınıb. Bu dəqiqələrdə Şəki Ağır Cinayətlər Məhkəməsinin qarşısında qələbəlikdir. "Yeni Müsavat" qəzetinin reportyoru Nərgiz Yaqublunun verdiyi məlumata görə, saat 14.00 olsa da proses hələ başlamayıb, ancaq onun ləngiməsi və ya təxirə salınması barədə də məlumat yoxdur. Güman olunur ki, müttəhimlər məhkəmə binasına gətiriliblər.

Qeyd edək ki, məhkəmə prosesi üçün ayrılan zal ən çoxu 50 nəfər tuta bilər, ancaq məhkəmədə iştirak etmək istəyənlərin sayı 200 nəfərdən çoxdur.

İlqar Məmmədovun vəkili Fuad Ağayev məhkəmənin təxirə salınması ilə bağlı vəsatət qaldırıb. O, prosesin daha geniş zalda keçirilməsini tələb edib. Lakin vəsatət rədd edilib.

***

14.20. Hazırda Şəkidə ezamiyyətdə olan reportyorlarımızın verdiyi məlumata görə, İsmayıllıda baş verən iğtişaşların təşkilində günahlandırılaraq həbs edilən Tofiq Yaqublu və İlqar Məmmədovun Şəki rayon məhkəməsindən keçirilən məhkəməsi öz işinə başlayıb. Məhkəmənin qarşısında keçik çəkən polislər media nümayəndələrini məhkəmə salonuna buraxmayıblar. Məhkəmə salonuna ittiham olunanların bir neçə yaxını buraxılıb. Bu, jurnalistlərin və məhkəmə prosesində iştirak etmək istəyən digər şəxslərin narazılığına səbəb olub, onlar deyiblər ki, içəridə kifayət qədər yer olduğu halda adamların bayərda saxlanılması qanunsuzluqdur. Ancaq onların etiraz və tələblərinə məhəl qoyulmayıb.

Deyerler.org saytının əməkdaşının verdiyi məlumata görə, məhkəmə zalına kənardan insanlar doldurulub. O, eyni zamanda bildirib ki, polis jurnalistlərin məhkəmə həyətində də işləməsinə ciddi maneəçilik yaradır.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar