Hindistan və Pakistan atəşi dayandırmaq razılığına gəliblər - Nadir isinmə

Pakistan və Hindistan ordularının komandanları mübahisəli Kəşmir bölgəsində iki ölkə arasındakı sərhəddə atəşin dayandırılması rejiminə tam əməl etmək razılığına gəliblər.

Pakistan hərbçilərinin bəyanatında deyilir ki, Hindistan və Pakistan silahlı qüvvələrinin hərbi əməliyyatlarının Baş direktorları fevralın 25-də öz ofisləri arasında qaynar xətt üzrə danışıqlar aparıblar.

«Tərəflər nəzarət xətti üzrə cümə axşamı gecə yarısından sonra atəşin dayandırılması barədə bütün razılaşmalara ciddi əməl olunması barədə razılıq əldə ediblər» - bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, iki nüvə gücünün orduları arasında danışıqlar sərbəst, açıq və səmimi atmosferdə keçib. Hindistanın idarəçiliyi altında olan Kəşmir vilayətinin sabiq Baş naziri Məhbuba Mufti atəşin dayandırılmasını alqışlayıb və bəyan edib ki, hər iki tərəfə həm də siyasi dialoqa və barışa başlamaq lazımdür ki, Kəşmirdə sülh bərqərar olsun.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar