NASA-nın şifrəli “Mars mesajı” – 6 saata çözüldü...

ABŞ Milli Aviasiya və Kosmik İdarəsinin (NASA) “Perseverance” kosmik gəmisinin paraşütünə gizli bir mesaj kodlanmışdı. Bu kodun açılması üçün internet istifadəçilərinə sadəcə 6 saat kifayət etdi.

Əvvəla qeyd edək ki, “Perseverance” kosmik gəmisi 18 fevralda Britaniya vaxtı ilə 20:45-də (Bakı vaxtilə 00:45-də) Mars səthinə eniş edərək, yeddi aylıq uçuşu uğurla başa çatdırmışdı.

Lakin bütün dünya, haqqında danışdığımız bu tarixi enişdən daha çox NASA-nın gəminin paraşütünün üzərindəki gizli mesajından danışdı.

İnternet istifadəçilərinin şəkildəki ağ və qırmızı xətlərin ikili kodun bir və sıfırlarını təmsil etdiyini fərq etməsi ilə mesajın şifrəsi çözülməyə başladı. ABŞ Milli Aviasiya və Kosmik İdarəsi olan NASA mesajını qırmızı-ağ fonlu paraşütdə gizlətmişdi.

Gizli kod 6 saat ərzində açılıb və mesajın "Dare Mighty Things", yəni "Çətin şeylərə cəsarət etmək" mənasını daşıdığı məlum olub.

NASA mesajın belə sürətlə çözülməsinə təəccüblənib. Çünki gəmi heyətindən başqa kimsə gizli mesaji bilmirdi. Mesaj tapılan kimi NASA-nın baş mühəndisi Adam Stelzner “Gördüyünüz kimi, internet 6 saat ərzində kodu qırdı! Ah internet, edə bilməyəcəyin nəsə varmı?” sözlərini paylaşaraq, təəccübünü nümayiş etdirib.

Xatırladaq ki, indiyədək Marsa edilən səyahətlərin yarısı uğursuzluqla nəticələnib və ən çətin mərhələ də məhz eniş olub. Sovet İttifaqının kosmik cihazı 1971-ci il 27 noyabrda ilk dəfə Marsa enməyə cəhd etsə də, gəmi dağılıb. Elə həmin ildə göndərilən başqa gəmi atmosferə daxil olub və cəmi iki dəqiqə Marsda qala bilib.

Güntəkin

635x100

Şərhlər

Elnur 2021-02-26 18:07:13

Çox sağ olun♥️♥️♥️♥️

Son yazılar