“PAŞİNYANIN TALEYİ ÇOXDAN HƏLL OLUNUB” – “Köçəryan yeni hökumətdə təsir gücünə sahib olacaq”

"Paşinyanın taleyi Rusiya tərəfindən çoxdan həll olunub. Paşinyanın hakimiyyətdən gedəcəyi təqdirdə kimlərin hökumətə gələcəyini, hansı qruplaşmadan ibarət olacağını indidən demək çətindir”.

“AzPolitika.info” xəbər verir ki, bunları Ermənistanda cərəyan edən siyasi prosesləri şərh edən politoloq Rauf Mirqədirov deyib.

Onun sözlərinə görə, Putinin dostu Köçəryan yeni hökumətdə təsir gücünə sahib olacaq. “Köçəryan özü də bildirib ki, aktiv siyasətə qayıdır və onun Qarabağla bağlı mövqeyi hamıya məlumdur. Amma bir məsələ var ki, orada hakimiyyətə gəlmək istəyənlərin heç biri öz çıxışında 10 noyabr bəyannaməsindən imtina etməklə bağlı bir fikir söyləməyib. Onlar bu bəyannaməni Paşinyanın xəyanəti adlandırır və Paşinyanın daha uzun müddət hökumətdə qalacağı təqdirdə bir neçə bu kimi "xəyanət" edə biləcəyini ehtimal edirlər", – deyə siyasi şərhçi vurğulayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Veteran 2021-02-26 22:29:13

T.ƏDALƏT QARDAŞIMA. Mən Sizin şərhinizlə tam razıyam.

Veteran 2021-02-26 22:26:36

Deyəsən sənın "proqnozların" 5-ci kalonnan üst-üstə düşdü. Belə cəfəngiyyat söyləyib cammatı çaşdırmayın. Bəs Qərb,NATO ?

t.ədalət 2021-02-26 20:32:58

Paşinyanın devrilməsi Qafqazda ABŞ-ın nüfuzunun heçə enməsi olacaq.Bunu indiyədfək məlum olan hadisələrin gedişindən də görmək olur.Rusiya üçün Paşinyanı devirmək elə də çətin deyil.Ancaq nəticə,ümumiyyətlə Rusiyanın xeyrinə olmayacaq.Türkiyə də sona kimi Rusiyanın yanında ola bilməz.Xüsusilə,irticaçı Rusiya ilə heç cürə yaxınlıq mümkün olmayacaq.

[email protected] 2021-02-26 20:26:37

Bu Rusiyanı yer üzünün hakimi sayır.

Son yazılar