“NATO Qarabağ müharibəsində tərəf olmayıb” - Stoltenberq

“NATO Qarabağ müharibəsində tərəf olmayıb”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq Brüsseldə Avropa kollecində erməni gəncin sualına cavabında deyib.

Viktoriya Muradyan sualında iddia edib ki, NATO-nun üzvü olan Türkiyə sonuncu Qarabağ müharibəsində Azərbaycana fəal hərbi dəstək göstərib.

Baş katib Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərbi əməliyyatların dayandırılmasını alqışladığını və müharibənin başa çatması ilə bağlı siyasi səyləri dəstəklədiyini bildirib.

635x100

Şərhlər

XALQa bir BAXIN 2021-03-05 03:59:38

Ya NATO uzun illərdə hərbi tərəfdaşını işğaldan xilas etməli, ya da əsgəri Qarabağa yox, Əfqanıstana göndərilən tərəfdaşı NATOdan çıxmalı deyildimi?

Xalq 2021-03-04 20:16:02

NATO neyləməli idi, dılğır erməniyə görə öz gələcək müttəfiqi Azərbaycanla savaşmalı idi?

Zanzibar 2021-03-04 19:59:04

Bes neje olur Gurculerde teref olur, Ukrainada olur amma burada olmur? Hani mentig? Demeli Nato ozunu biabir edir bu meselede..

Son yazılar