Rusiya Suriyada yeni hərbi baza tikir

Suriyanın «Zaman Al-Wasl» xəbər portalı öz mənbələrinə istinadla martın 4-də xəbər verib ki, Rusiya ordusu Suriyada tarixi Palmir şəhərinin yaxınlığında (Homs əyaləti) «daimi hərbi baza» yaratmağa hazırlaşır.

Nəşrin həmsöhbətləri təsdiqləyiblər ki, Rusiya kontingentinin Suriyada yeni hərbi obyekti Mon əl-Məzar (Cəbəl əl-Məzar) rayonunda, təxminən Palmirdən 13 kilometr şimalda ucaldılır.

Bazanın tərkibində helikopter meydançası da olacaq. Bu obyektdə uçuş-eniş zolağı hazırda şərq tərəfdən asfaltlaşdırılıb. Onun uzunluğu 780 metr təşkil edir.

Hazırlanan Rusiya bazasının ümumi sahəsi 37 hektara yaxın təşkil edir. O, Suriya Hərbi-Hava Qüvvələrinin (HHQ) silah anbarına birləşir.

AzPolitika.info

635x100

Şərhlər

Xalq 2021-03-06 01:25:50

rus dolana bilmir, bu baza tikir. Məncə psixiatra müraciət eləməyə səbəb var!

Son yazılar