Bakıda təqsirləndirilən şəxs Polis Bölməsindən qaçıb

Bakıda təqsirləndirilən şəxs Polis Bölməsindən qaçıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 185.2.1-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə axtarışda olan Fariz Fərahil oğlu Rzayev noyabrın 3-də Lənkəranda tutularaq Bakıya gətirilib.

Təqsirləndirilən şəxs noyabrın 3-dən 4-ə keçən gecə saxlandığı Polis Bölməsindən qaçıb.

Hazırda F. Rzayevin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar