Xoşqədəmin çəkiliş qrupu İstanbulda oteldə nə ilə üzləşdi? - ŞOK

23 yaşlı azərbaycanlının Türkiyədə müdhiş fırıldağı

Türkiyədə 23 yaşlı azərbaycanlı gənc ağılagəlməz fırıldağı ilə türk polisini, Azərbaycanın baş konsulluğunu və nə qədər qəribə olsa da, "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızını şoka salıb. Türkiyə medaisı yazır ki, Kamran Məmmədzadə ailəsindən pul qoparmaq naminə Türkiyədə girov götürüldüyü görüntüsünü yaradıb.

Belə ki, 23 yaşlı Kamran sentyabr ayında ailəsinə zəng edərək Diyabəkirdə qumar borcu olduğuna görə qaçırıldığını və girov saxlanıldığını deyib. O, bildirib ki, 50 min Türk Lirəsi müqabilində azad ediləcək. Ailə jurnalist Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişindən yardım istəyib. Xoşqədəm Hidayətqızı və çəkiliş qrupu kamranın tapılması üçün İstanbula yollanıb.

Ailə həmçinin, Azərbaycanın Türkiyədəki baş konsulluğuna müraciət edib. Baş konsulluq isə türk polisindən yardım istəyib. Polis Diyarbəkirdə bütün qumarxanalarda reydlər aparıb, amma belə bir adam tapa bilməyib. Polislər Məmmədzadənin rus qadınla görüldüyü haqda məlumat əldə edib. Müəyyən olunub ki, Kamran Diyarbəkirdə yox, İstanbuldadır.

Həmin arada Kamran pul üçün təkrar ailəsi ilə əlaqə saxlayıb. Bundan sonra Türkiyə polisi ailənin bank hesabını nəzarətə götürüb və bunun sayəsində Kamranla bir yerdə olduğu bilinən rus qadının kimliyi və qaldığı yer müəyyən edilib. Bəlli olub ki, qadın Aksaraydakı otellərdən birində qalır.

Kamranı həqiqətən girov saxlandığı ehtimalı ilə oteldə əməliyyat həyata keçirilib. Xoşqədəm Hidayətqızı və çəkiliş qrupu da azərbaycanlı gəncin necə azad edildiyini lentə almaq üçün əməliyyatı müşaiyət edib. Lakin otağa daxil olarkən əməliyyat iştirakçıları şoka düşüblər. Bəlli olub ki, Kamran otel otağında "həysat yoldaşım" dediyi rus qadınla kef məclisi təşkil edib.

Kamran uydurduğu yalanı borclu olması ilə izah edib: "Pulları qumarda itirdiyim üçün bu yalanı uydurdum".

(Azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar