ABŞ-la Azərbaycan hakimiyyəti arasında sərt danışıqlar gedir

Tomas Melia: "Azərbaycan hökumətinə açıq şəkildə demişik ki..."

ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia Azərbaycan hakimiyyətinin xarici və yerli QHT-lərə qarşı apardığı repressiya siyasətini qəbuledilməz adlandırıb. O, bildirib ki, son aylar ərzində apardığı repressiya siyasətinə görə Azərbaycan hakimiyyəti ilə Vaşinqton arasında sərt danışıqlar gedir.

Bugünlərdə Praqada keçirilən tədbirdə Tomas Melia "Azadlıq" və "Amerikanın səsi" radiolarının birgə teleproqramında çıxış edərkən bildirib: "Azərbaycan hökumətinə açıq şəkildə demişik ki, ölkədə uzunmüddətli sabitliyin və inkişafın başlıca şərti vətəndaşların respublika həyatının ən müxtəlif sahələrində sərbəst fəaliyyət göstərməsidir. Biz hesab edirik ki, Azərbaycanın yaxşı gələcəyinin təmin olunması hakimiyyətin vətəndaşlara tolerant münasibətindən asılıdır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar