Hüquq müdafiəçisi azadlıqda - Foto

Hüquq müdafiəçisi Həsən Hüseynli azadlığa çıxıb.

APA-nın məlumatına görə, H. Hüseynli ölkə başçısı İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

H. Hüseynlini Penitensiar Xidmətin Müalicə Müəssisəsinin qarşısında yaxınları qarşılayıb.

Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 17-də bir qrup məhkumun əfv olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncam ümumilikdə 84 nəfərə şamil edilib. Onların arasında “Nida” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev və Elsevər Mürsəlli də var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar